Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Missiyamız
Missiyamız
Gələcəyə baxış:
Beynəlxalq standartlara cavab verən, innovativ, reytinqli, yüksəkixtisaslı kadrları olan universitetə çevrilərək dünya reytinq cədvəllərinə daxil olmaq və beynəlmiləl universitetə çevrilmək
 
Qısa arayış:
 
Sumqayıt Dövlət Universiteti paytaxta ən yaxın məsafədə və sənayenin tam mərkəzində yerləşməsi, eyni zamanda həm humanitar, həm tətbiqi ixtisaslar üzrə mütəxəssis hazırlaması və regionda yeganə ali təhsil ocağı olması ilə fərqlənir.
 
Missiyamız:
Sumqayıt Dövlət Universitetinin missiyası qloballaşan dünyanın çağırışlarına uyğun olaraq təhsil sistemini yeni, daha yüksək səviyyəyə qaldırmaq və təhsilin keyfiyyətini artırmaqdır.
Professor-müəllim heyətininin yüksəkkeyfiyyətli təhsil verməsi və tədqiqatlar aparmasına nail olmaq;
Qabaqcıl xarici təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinə nail olmaq;
Universitet məzunlarının yüksəkixtisaslı kadr kimi formalaşmasını təmin etmək;
Ölkə və beynəlxalq səviyyələrdə təhsil fəaliyyəti sahəsində universitetin mövqeyinin gücləndirmək və statusunu yüksəltmək;
Alimlərin, doktorantların və tələbələrin yaradıcı potensialının reallaşdırılması, onların elmi əlaqələrinin genişləndirilməsi və elmi tədqiqatların nəticələrinin nəşr edilməsi üçün şərait yaratmaq;
Dissertasiya səviyyəsində tədqiqatların dəstəklənməsi, elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiə edilməsinin maliyyə təminatı və stimullaşdırılmasının səmərəli sistemini yaratmaq;
Tələbələrin elmi potensialının reallaşdırılması, ən istedadlı məzunların elmi-pedaqoji fəaliyyətə hazırlanması və istedadlı tələbələrin mənəvi və maddi həvəsləndirilməsi üçün şərait yaratmaq.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az