Əsas səhifə | Linqvistik Mərkəz
Linqvistik Mərkəz
Sumqayıt Dövlət Universitetində müasir tələblərə uyğun olaraq, tələbə, müəllim və işçi heyətinin elm, təhsil və sosial həyatda dil dəstəyinin, eləcə də ölkə daxilində və respublikamızın hüdudlarından kənarda fəal və səmərəli əməkdaşlığının təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin 13.07.2016-cı il tarixli 02-11-4885/17 nömrəli məktubuna əsasən Linqvistik Mərkəz yaradılmışdı.
Mərkəzin fəaliyyət istiqamətləri
1.Di löyrətmə kursları (müxtəli fkateqoriyadan olan dinləyicilər üçün: tələbə, magistrant; müəllim, tədris –köməkçi heyət; xarici vətəndaşlar):
– Azərbaycan dili
– ingilis dili
– rus dili
– alman dili
–  ...
2. Universitetdə xarici dildə təhsil alacaq tələbələrin dil hazırlığı.
3. Universitetin “Elmi xəbərlər” jurnalında çap olunması nəzərdə tutulan məqalələrin tərcüməsi və redaktəsi:
Sosial və humanitar elmlər bölməsi üzrə
Təbiət və texniki elmlər bölməsi üzrə
4.  Universitet əməkdaşlarının elmi işlərinin xaricdə çap olunması üçün dil dəstəyinin təmin edilməsi.
5.  Şifahi (sinxron) tərcümə.
Linqvistik Mərkəzə müəllimlər, texniki işçilər və tələbələr xaricdə nəşr olunacaq elmi məqalələrin tərcüməsi və redaktəsi ilə bağlı müraciət edə bilərlər. Mərkəz universitetin elm, təhsil və ictimai həyatda fəal iştirak edən tələbələrinə xarici dil dəstəyinin təmin edilməsini də qarşıya məqsəd qoymuşdur. Eyni zamanda universitet əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan əməli yazı nümunələrindən (arayış, bildiriş, elan, ərizə, xasiyətnamə, izahat, rəy, təqdimat, tərcümeyi hal və s.) ibarət lövhə hazırlanmışdır. 
Mərkəzdə 5 əməkdaş fəaliyyət göstərir: Azərbaycan dili üzrə tərcüməçi-metodist Əhmədova E.H. (Azərbaycan dili və dilçilik kafedrasının müəllimi), rus dili üzrə tərcüməçi-metodist Hüseynova G.M. (Xarici dillər kafedrasının baş müəllimi), ingilis dili üzrə tərcüməçi-metodist Vəliyev R.A., operator Həsənova Ü.E. Linqvistik Mərkəzə Xarici dillər kafedrasının baş müəllimi Abdullayev A.N. rəhbərlik edir.  
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az