Əsas səhifə | Tarix və coğrafiya | Tarix və onun tədrisi metodikası
Tarix və onun tədrisi metodikası
1. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29.03.2017-ci il tarixli (06 saylı protokol) qərarına əsasən fakültələr üzrə aparılan struktur dəyişikliyinə görə Qədim dünya və orta əsrlər tarixi kafedrası Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrası ilə birləşmiş, Tarix və onun tədrisi metodikası kafedrası yaranmışdır. Tarix və onun tədrisi metodikası kafedrasına dosent Məhərrəmova Sona Sabəddin qızı rəhbərlik edir.
 
2. Kafedrada 8 dosent, 1 nəfər baş müəllim, tarix üzrə fəlsəfə doktoru, 2 nəfər baş müəllim, 4 nəfər müəllim fəaliyyət göstərir.
 
3. Kafedranın tərkibi aşağıda göstərilən əməkdaşlardan ibarətdir.
1. Məhərrəmova Sona Sabəddin qızı – kafedra müdiri, 0.5 şt. dosent
2. Əhmədov Rüstəm Vəli oğlu – dosent
3. Xasayev Neyman Nərman oğlu – dosent
4. Kərimli Samir Səlim oğlu – dosent
5. Həsənov Hacı Nuru oğlu – 0.5 şt. dosent
6. Məmmədov Ənvər Fəttah oğlu – 0.5 şt. dosent
7. Həsənov Yusifəli Lətif oğlu – 0.5 şt. dosent
8. Şəfiyeva Əfşan Heydər qızı – 0.5 şt. dosent
9. Məmmədova Samirə İsgəndər qızı – t.f.d., 0.5 şt. baş müəllim
10. Abdullayev Nofəl Mahmud oğlu – baş müəllim
11. Bədəlov Sarvan Bayram oğlu – baş müəllim
12. Əhmədova Şəhla Müzəffər qızı - müəllim
13. Əsədova Aytən Vaqif qızı – müəllim
14. Əliyeva Leyla Elxan qızı – müəllim
15. Cəlalzadə Bənövşə Mehdi qızı – müəllim
16. Mirzəyeva Kəmalə Kamal qızı – laborant
17. Vəliyeva Dürdanə Mübariz qızı – laborant
18. Babayeva Kəmalə Şakir qızı - laborant
 
4. Kafedrada 23 magistrant elmi işlə məşğul olur.
 
5. Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə fənlər:
1. Qədim dünya tarixi
2. Qədim Şərq tarixi
3. Antik tarix
4. Arxeologiya və ibtidai icma tarixi
5. Arxeologiya
6. İbtidai icma tarixi
7. Etnoqrafiyanın əsasları
8. Etnoqrafiya
9. Orta əsrlər tarixi
10. Antropologiya
11. Yaxın və Orta Şərq ölkələri tarixi
12. Qafqaz tarixi
13. Qafqaz xalqları tarixi
14. Arxivşünaslıq
15. Tarixin tədrisi metodikası
16. Tarixə köməkçi fənlər
17. Yeni tarix
18. Asiya və Afrika ölkələri tarixi
19. Türk xalqları tarixi
20. Müasir tarix
21. Ümumtəhsil kurikulumunun əsasları
22. Beynəlxalq münasibətlər tarixi
 
Magistratura pilləsi üzrə fənlər:
1. Avropa və Amerika ölkələrinin müasir dövründə beynəlxalq münasibətlər
2. Müasir beynəlxalq münasibətlərin aktual problemləri
3. Azərbaycan Avropa ölkələrinin beynəlxalq münasibətlər sistemində
4. Tarix üzrə sinifdənkənar işlər
5. Tarixin tədrisi metodologiyası və metodikası
6. Avropa və Amerika ölkələrinin yeni dövründə beynəlxalq münasibətlər
7. Avropa ölkələrinin xarici siyasətində Yaxın Şərq problemi
8. ABŞ-ın xarici siyasətində Yaxın Şərq problemi
9. Beynəlxalq təşkilatlar tarixi
10. I Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
11. Azərbaycan ABŞ-ın xarici siyasətində
12. II Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
13. Tarixin tədrisi metodikasının tarixi və metodologiyası
14. Tarix təlimində elmi dünyagörüşünün formalaşması
15. Tarixin təlimi prosesində müəllim və şagirdlərin fəaliyyəti
16. Avropa və Amerikanın yeni və ən yeni tarixi, onun predmeti və əsas problemləri
17. Tarix fənninin tədrisi metodikası və metodologiyasının müasir problemləri
18. Tarix və onun tədqiqat üsulları
19. Tarixin tədrisində tarixi coğrafiya problem və onun rolu
20. Müasir dövrdə tarix təliminin təkmilləşdirilməsi yolları, vasitələri və üsulları
21. Tədqiqat üsulları
22. Tarix elminin müasir problemləri
23. Tarixi sənədlərlə iş və onların əhəmiyyəti
24. Tarixin tədrisi prosesində əyanilik və onun növləri
 
6. Kafedranın elmi istiqaməti: 5502.01 - Ümumi tarix
 
7. Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedranın əməkdaşları son 5 ildə 4 dərs vəsait, 5 monoqrafiya, 10 fənn proqramı, 2 metodik vəsait, 100-dən çox məqalə, 20-dən çox məqalə xaricdə olmaqla (2 məqalə impact faktorlu jurnallarda), 150-dən çox tezis, 30-dan çoxu xaricdə olmaqla nəşr
olunmuş, 22 bakalavr səviyyəsi üçün fənn sillabusları, 24 magistratura səviyyəsi üçün fənn sillabusları hazırlanmışdır.
 
8. Kafedra əməkdaşlarının AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti ilə elmi əlaqələri var.
 
9. Təltiflər:
Dosent H.N.Həsənova - Nazirlər Kabinetinin 25 may 2012-ci il tarixli qərarına əsasən Elm sahəsində Respublika Dövlət mükafatı lauriatı fəxri adı verilmişdir.
Baş müəllim N.M.Abdullayev gənc nəslin təlim-tərbiyəsində fəaliyyətinə və universitetin ictimai işlərində yaxından iştirakına görə 5 oktyabr 2014-cü ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Dosent S.S.Kərimli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5 oktyabr 2016-cı ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Dosent N.N.Xasayev səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5 oktyabr 2017-ci ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universiteti tərəfindən Fəxri Fərmanla təltif edilib.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az