Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

Sumqayıt Dövlət Universiteti və #SABAH.HUB-ın təşkilatçılığı ilə II və III kurs tələbələri üçün “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı keçiriləcək. Proqramın məqsədi tələbələrdə innovativ düşüncə, startap dizayn, sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaqdır. Proqram həftədə 1 dəfə 2 dərs olmaqla 15 həftə müddətində davam edəcəkdir. Dərslər Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin, innovasiya mərkəzlərinin mütəxəssisləri tərəfindən keçiriləcəkdir. “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı tələbələrin, eyni zamanda, ölkədə inkişaf edən biznes inkubasiya, akselerasiya və texnoparklara inteqrasiya olunması, bu istiqamətlərdə ən qabaqcıl universitetlərin tələbələri ilə şəbəkəsinin qurulması üçün geniş imkanlar yaradacaq.

“Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramında iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Son qeydiyyat tarixi: 26 fevral 2024, saat 23:59
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az