Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti
2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertant hazırlığına
QƏBUL ELAN EDİR
 
 
İxtisasın şifri
İxtisasın adı
Fəlsəfə doktoru proqramı üzrə
doktorantura
dissertantura
Cəmi
Dövlət sifarişli və
ödənişli əsaslarla
Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli əsaslarla
o cümlədən
əyani
qiyabi
1202.01
Analiz və funksional analiz
1
 
1
 
2211.01
Bərk cismlər fizikası
1
1
 
 
3338.01
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)
1
 
1
 
5312.01
Sahə iqtisadiyyatı
1
 
1
 
5503.02
Vətən tarixi
1
 
1
 
5716.01
Azərbaycan ədəbiyyatı
 
 
 
1
Cəmi
5
1
4
1
 
 
     Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
     1. Rektorun adına ərizə;
     2. Kadrların şəxsi – qeydiyyat vərəqi;
     3. Tərcümeyi hal;
     4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
     5. İş yerindən xasiyyətnamə;
     6. Əmək kitabçasından çıxarış;
     7. Çap olunmuş elmi işlərin siyahısı;
     8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin (bakalavr və magistratura təhsil pillələri üzrə) müvafiq qaydalarda təsdiq edilmiş surətləri ( xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil barədə sənədlərin tanınması haqqında şəhadətnamə);
     9. Şəxsiyyəti təsdiq edən sənədin surəti.
    Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçdikdən sonra sənədlərin kağız variantını şənbə və bazar günlərindən başqa hər gün səhər saat 9:00-dan 17:00-dək Sumqayıt Dövlət Universitetinin Doktorantura və magistratura şöbəsinə təqdim etməlidirlər.
    Sənəd qəbulu üçün son tarix 15 may 2024-cü il.
    Xarici dil imtahanının 9 iyun, Fəlsəfə fənni üzrə imtahanın 2,3,4 sentyabr, ixtisas imtahanlarının isə 9,10,11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.
    Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə, Əsas tədris binası, otaq №243. 
 
                    Tel: (018)642-12-63        
                                                                                                                                       Rektorluq                               
 
Elektron sənəd qəbulu üzrə video təlimat: 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az