Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə 21.02.2024-ci il tarixdə saat 11:00-da 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ELMİ VƏ PEDAQOJİ KADR HAZIRLIĞINDA ANA DİLİNİN TƏDRİSİNƏ YENİ YANAŞMALAR mövzusunda Dəyirmi masa keçiriləcək.
Ali təhsil müəssisələrində Elmi və pedaqoji kadr hazırlığında ana dilinin tədrisinə yeni yanaşmalar, ana dilinin tədrisinin bugünkü vəziyyəti və problemləri barədə müzakirələr Dəyirmi masanın əsas mövzusudur.
Dəyirmi masada Rafiq İsmayılov (Azərbaycan dili dərslik layihəsinin rəhbəri), Aynur Rüstəmova (ARTİ Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri), Aysel Xanalıyeva (ARTİ-nin Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi, 1-6-cı siniflər üzrə Azərbaycan dili dərsliklərinin həmmüəllifi), Xəyalə Quliyeva (SDU-nun 2005-ci il məzunu, Sumqayıt şəhər 29 №-li tam orta məktəbin müəllimi, 2014-2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi) qonaq qismində iştirak edəcəklər.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az