Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
 

 

 Hörmətli həmkarlar!
 
Sizi 17-18 noyabr 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş “Universitet elminin və təhsilinin müasir problemləri” mövzusunda Respublika elmi konfransında iştirak etməyə dəvət edirik.
Konfransın keçirilməsində əsas məqsəd respublikanın ali məktəblərində fəaliyyət göstərən alimləri, pedaqoqları bir araya toplamaq, onların diqqətini müasir universitet elminin və təhsilinin aktual məsələlərinə yönəltmək, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinə, ətraflı fikir mübadiləsinin aparılmasına şərait yaratmaqdan ibarətdir.
Konfransın işi plenar iclas və bölmələr üzrə təşkil olunacaqdır. Bölmələr (sayı və adları) məqalələr toplandıqdan sonra Təşkilat komitəsi tərəfindən müəyyən ediləcəkdir.
Konfransa tədqiqat xarakterli orijinal, əvvəllər heç bir yerdə nəşr olunmamış tezis və məqalələr təqdim olunmalıdır.
Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
 
Kağızın ölçüsü
– A4
Boş sahə 
hər tərəfdən 2 sm
Şrift
Times  New  Roman
Şrift ölçüsü 
12 pt
Sətirarası interval
1,15 sm
Abzas
1,25 sm
Məqalənin adı
– ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı
– ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə  
– ortadan, kursivlə
E-poçt ünvanı 
– ortadan, kursivlə
Açar sözlər (57 söz)
Xülasə (6080 söz)
– azərbaycan, ingilis və rus dillərində
– məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi
5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı
kvadrat mötərizədə
əlifba sırası ilə

Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com        antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az , https://www.sdu.edu.az  saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (Beynəlxalq seriya nömrələri İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).

Materiallar 10 oktyabr 2022‑ci il tarixinədək scientificdep@sdu.edu.az elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti (Elmi hissə, otaq 2).
Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur.
Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır. Qəbul olunmayan tezislər geri qaytarılmır, izahat verilmir.
Məsul katibdos. Orucov Samir Kamal oğlu
Əlaqə telefonu:  (+994) 18 644 70 41, (+994) 18 642 15 06, əlavə 1-26. 

 

Təşkilat komitəsi

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az