Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ 
    MƏLUMAT  MƏKTUBU
Sizi 27‒28 oktyabr 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti və Kazan Dövlət Energetika Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “Tətbiqi fizikanın və energetikanın aktual məsələləri” mövzusunda III Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1. Elektron texnikanın materialları və texnologiyalar
2. Funksional elektronika və neqatronika
3. Yüksək enerji fizikası
4. Enerji sistemləri və kompleksləri
5. Avtomatlaşdırılmış elektrik intiqalı
6. Avtomatlaşdırma, cihazlar və nəzarət metodları
7. Energetikada iqtisadiyyat və idarəetmə
Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn - əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü
– A4
Boş sahə 
hər tərəfdən 2 sm
Şrift
Times  New  Roman
Düstur
– Microsoft Equation
Şrift ölçüsü 
12 pt
Sətirarası interval
1,15 sm
Abzas
1,25 sm
Məqalənin adı
– ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı
– ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə  
– ortadan, kursivlə
E-poçt ünvanı 
– ortadan, kursivlə
Açar sözlər (57 söz)
– Azərbaycan,ingilis və rus dillərində
Xülasə (6080 söz)
– məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi
5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı
kvadrat mötərizədə
– əlifba sırası ilə
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print,İSSN 2709-6033 on-line).
Materiallar 01 oktyabr 2022‑ci il tarixinədək. conference-ssu@mail.ru elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (II tədris korpusu), Fizika və elektroenergetika fakültəsi, Elektromexanika kafedrası (otaq 103 ).
 
Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur.
Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Qəbul olunmayan tezislər geri qaytarılmır, izahat verilmir.
 
Məsul katib - dos. Turqay Hüseynov
Əlaqə telefonu: (+99418) 64215 06 (1-67), (+99455) 792 45 34
Təşkilat komitəsi

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az