Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
Hörmətli həmkarlar!
 
Sizi Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 17‒18 mart 2022-ci il tarixlərində “Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” mövzusunda keçiriləcək Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Beynəlxalq konfransın keçirilməsində məqsəd Qarabağ tarixinin coğrafi, iqtisadi, siyasi, mədəni aspektlərinin ən qədim dövrlərdən günümüzədək hərtərəfli işıqlandırılması və mövzu ətrafında obyektiv fikir mübadiləsinin təşkilindən ibarətdir. Konfransda müzakirəsi nəzərdə tutulan əsas məsələlər:
Qarabağın arxeoloji və etnoqrafik tarixi
Qarabağın antik və orta əsrlər dövrü tarixi
Qarabağın tarixi-siyasi coğrafiyası
Qarabağ bəylərbəyliyi, Qarabağ xanlığı: sosial-iqtisadi və ictimai-siyasi tarixi
Qarabağ ümumqafqaz tarixi kontekstində
Kürəkçay müqaviləsi və onun nəticələri
Gülüstan və Türkmənçay sülhü: erməni köçürmələri və onun nəticələri
Qarabağ xanlığının ləğv edilməsi
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımı siyasəti və Qarabağa erməni iddiaları
Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının tarixi nəticələri
Ermənistanın 30 illik Qarabağ təcavüzü (XX əsrin 80-ci illərinin sonu – XXI əsrin əvvəlləri)
1988-ci il Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi kontekstində
Xocalı soyqırımı
Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı nəticəsində Azərbaycana dəyən maddi-mənəvi ziyan (hüquqi, sosial-psixoloji, demoqrafik, mədəni, iqtisadi aspektləri)
Ermənistanın Azərbaycanın təbii sərvətlərinə və ekologiyasına qarşı soyqırımı siyasəti.
Böyük dövlətlərin Qafqaz maraqları: Qarabağ amilindən istifadə.
Beynəlxalq və regional təşkilatların Qarabağ münaqişəsinin həlli yollarına yanaşma və prinsiplərində ikili standartlar.
Heydər Əliyevin daxili və xarici siyasətində Ermənistan‒Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeri.
Qarabağ müharibəsi: reallıqlar və perspektivlər.
Azərbaycanın Qarabağ Zəfəri: tarixi ədalətin bərpası.
44 günlük Vətən müharibəsində xalq, ordu, dövlət birliyi.
II Qarabağ müharibəsində Azərbaycan – Türkiyə qardaşlığı
Qərb dövlətlərinin II Qarabağ savaşına münasibəti
II Qarabağ müharibəsindən sonra Qafqazda maraqlar və geosiyasi reallıq
Böyük Qayıdış – Qarabağ coğrafi-iqtisadi rayonunun inkişaf perspektivləri
Azərbaycan mədəniyyətinin beşiyi – Qarabağ.
Qarabağın ədəbi-maarif tarixi
Qarabağın müğam-musiqi sənəti
Qarabağ bədii ədəbiyyatda
Şuşa: 270 ildə
Şuşa - Tarixi keçmişi və müasir dövrü
Şuşa - Böyük zəfərin zirvəsi
Şuşa - Qarabağın incisi
Şuşa - Azərbaycan mədəniyyətinin paytaxt
 
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz)
Xülasə (60–80 söz) – Azərbaycan, ingilis, türk və rus dillərində – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə –əlifba sırası ilə
Konfransın materialları antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line) çap olunacaq, elektron variantı sdu.edu.az saytında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir.
Materiallar 05 mart 2022-ci il tarixinədək shirxans61@gmail.com elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur:
AZ5008. Sumqayıt şəh., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Tarix və coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası (otaq 248).
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
Əlaqələndirici şəxs – prof. Səlimov Şirxan Dadaş oğlu
Əlaqə telefonları: (+99418) 644 89 05, (+99455) 619 50 71
Təşkilat komitəsi
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az