Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AMEA-nın Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, 35 yaşlı gənc fizika elmləri doktoru Elçin Hüseynov ABŞ, Almaniya, İtaliya, Fransa, Çexiya Respublikası, Avstriya, Sloveniya, Türkiyə, Rusiya və bir çox başqa ölkələrin nüfuzlu mərkəzlərində radiasiya fizikası, nanoelektronika və nanonüvə texnologiyaları ilə əlaqədar müxtəlif işlər görüb, konfrans və tədbirlərdə iştirak edib. Alim 93 elmi əsərin müəllifidir. Beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi – 18, i10-indeksi – 23, istinad sayı 500-dən yuxarıdır. E.Hüseynovun rəhbərliyi ilə yeddi magistr və iki fəlsəfə doktoru hazırlanıb.
Onun elmi tədqiqatlarında ilk dəfə olaraq, 3C-SiC nanokristallarında neytron çevrilmələri tapılıb və nanokristallik 3C-SiC hissəcikləri daxilində neytron transmutasiyası üsulu ilə n – tip aşqarlar alınıb. Nanomaterialların fiziki xüsusiyyətlərinin transmutasiya üsulu ilə idarəetmə mümkünlüyünü ilk dəfə o göstərib. Nanostrukturlarda atomların neytron transmutasiyası ilə dəyişdirilməsi və ya əvəz edilməsi elmi əsaslarla göstərib və təcrübələrdən uğurla keçib.
E.Hüseynov 2014-cü ildə AMEA-nın fəxri fərmanı ilə təltif edilib. 2017-ci ildə “İlin gənc alimi” fəxri adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil etdiyi “Elmdə Zəfər mükafatı‒2021” müsabiqəsinin nəticələrinə əsasən fizika elmlər doktoru Elçin Hüseynov I yerin qalibi olub.


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az