İqtisadiyyat və İdarəetmə
İqtisadiyyat və idarəetmə fakültəsinin əsası 1996-cı ildə qoyulmuşdur. 2015-ci ildən isə fakültəyə Yəhyayeva Aynurə Yusif qızı rəhbərlik edir. İqtisadiyyat və idarəetmə fakültəsində tədris əyani və qiyabi formada aparılır. Fakültədə 54 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 1 nəfər iqtisad elmləri doktoru, professor, 14 dosent, 7 nəfər iqtisad üzrə fəlsəfə doktoru, 15 baş müəllim, o cümlədən 1 nəfər 0,5 ştat baş müəllim, 5 assistent, 6 böyük laborant, 5 nəfər laborant və 2 nəfər tütor çalışır. Hazırda bakalavriat pilləsində təhsil alan tələbələrin sayı 1170 nəfərdir. Bunlardan 765 nəfər əyani şöbədə, 377 nəfər qiyabi şöbədə təhsil alır. Magistratura pilləsində isə 28 nəfər təhsil alır.
İqtisadiyyat və idarəetmə fakültəsində 4 kafedra fəaliyyət göstərir.
1. Maliyyə və mühasibat uçotu kafedrası
2. Dünya iqtisadiyyatı və marketinq kafedrası
3. Biznesin təşkili və menecment kafedrası
4. İqtisadiyyat kafedrası
Bakalavriat pilləsi üzrə ixtisaslar bunlardır:
1. Menecment
2. Biznesin idarə edilməsi
3. Mühasibat uçotu və audit
4. Mühasibat
5. Maliyyə
6. Dünya iqtisadiyyatı
7. Marketinq
8. İqtisadiyyat
9. Beynəlxalq ticarət və logistika
10.Turizm işinin təşkili
Magistratura pilləsi üzrə aşağıdakı ixtisaslarda tədris aparılır:
1. Dünya iqtisadiyyatı
Gömrük işi ixtisaslaşması üzrə
Beynəlxalq iqtisadi münasibətlər ixtisaslaşması üzrə
2. Mühasibat uçotu və audit
İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşması üzrə
3. Biznesin idarə edilməsi
Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə
4. İqtisadiyyat
Turizmin iqtisadiyyatı ixtisaslaşması üzrə
İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşması üzrə
5. Menecment
İnnovasiyaların və layihələrin idarə olunması ixtisaslaşması üzrə
Menecment (sahələr üzrə) ixtisaslaşması üzrə
İqtisadiyyat və İdarəetmə fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları