Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Riyaziyyat
Riyaziyyat

Riyaziyyat fakültəsinin əsası 1973-cü ildə Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika fakültəsinin yaranması ilə qoyulmuşdur. 1992-ci ildən Avtomatika və mexanika fakültəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan Sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1997-ci ildə Mexanika və avtomatika fakültəsinin bazası əsasında yeni Mexanika fakültəsi yaradılmışdır. 2002-ci ildə Mexanika fakültəsi Mexanika-riyaziyyat fakültəsinə, 2006-cı ildə isə fakültədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq, Mexanika-riyaziyyat fakültəsi Riyaziyyat fakültəsinə çevrilmişdir. Hal-hazırda fakültənin dekanı ped.f.d. dosent Həsənova Xalidə Sidqəli qızıdır. Fakültədə 3 nəfər elmlər doktoru, 2 professor, 17 nəfəri dosent olmaqla 24 nəfər fəlsəfə doktoru, 16 nəfər baş müəllim, 12 nəfər müəllim, 2 böyük laborant, 1 laborant, 3 tyutor çalışır. Son 5 ildə fakültədə 8 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə etmişdir. Hazırda fəlsəfə doktoru proqramı üzrə 2 doktorant, elmlər doktoru proqramı üzrə 2 doktorant elmi iş üzərində çalışır. Fakültədə tədris əyani və qiyabi formada aparılır. 735 nəfər tələbə bakalavriat, 24 nəfər tələbə 6 ixtisaslaşma üzrə, 40 nəfər tələbə isə 4 ixtisaslaşma üzrə magistratura pilləsində təhsil alır.
Fakültədə 2 kafedra fəaliyyət göstərir:
- Riyazi analiz və diferensial tənliklər;
- Riyaziyyat və informatikanın tədrisi texnologiyası.
Bakalavriat səviyyəsi üzrə ixtisaslar:
- Riyaziyyat;
- Riyaziyyat müəllimliyi;
- Riyaziyyat müəllimliyi (tədrisi ingilis dilində);
- Riyaziyyat və informatika müəllimliyi;
Magistratura səviyyəsi üzrə ixtisaslaşmalar:
- Riyazi analiz;
- Diferensial tənliklər;
- İnformatikanın riyazi əsasları;
- Riyaziyyatın tədrisi
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
- Riyazi analizin tətbiqi məsələləri
- Operatorların spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri
- Modulyar dinamik sistemlərin modelləşdirmə, optimallaşdırma və sistem dinamikası məsələlərinin tədqiqi
- Toplanmış və paylanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələlərinin tədqiqi
- Müxtəlif özlü-elastik mühitlərdə termodinamik dalğaların yayılması məsələlərinin riyazi modelləşdirilməsi və onların araşdırılması
- Diskret sistemlərin modelləşdirilməsi və idarə olunması
- Riyaziyyatın tədrisi metodologiyası və metodikası
Riyaziyyat fakültəsində yarandığı gündən yüksək ixtisaslı kadr hazırlanması məsələsi daim diqqətdə saxlanılmış, bu məqsədlə respublikanın tanınmış alimləri tədris prosesinə və elmi-tədqiqat işlərinə cəlb olunmuşlar. Fakültənin əsas məqsədlərindən biri ümümtəhsil məktəblərinin yüksəkixtisaslı müəllim kadrları ilə təmin etməkdir.
Fakültədə tədrisin keyfiyyətini yüksəltmək üçün İKT vasitələrindən geniş istifadə olunur. Müasir kompüterlərlə təchiz olunmuş 2 fənn laboratoriyası, digər İKT vasitələri ilə təchiz olunmuş 5 auditoriya tələbələrin daimi istifadəsindədir.
2006-cı ildən başlayaraq və son 9 ildə isə hər il olmaqla fakültədə respublika və beynəlxalq səviyyəli elmi konfranslar keçirilir. Konfransların təşkili və keçirilməsində Rusiya, Almaniya, Türkiyə, Ukrayna, Belorusiya, Gürcüstanın tanınmış alimləri iştirak edirlər.
Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi tələbə təşkilatları fəaliyyət göstərir.

 

 

Riyaziyyat fakültəsinin kafedraları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az