Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İnnovasiya Yaradıcılıq Mərkəzi
İnnovasiya Yaradıcılıq Mərkəzi
 
İYM-in rəhbəri – prof. Cavanşir Firudin oğlu Məmmədov
 “2019‒2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” - nda Azərbaycan universitetlərində biznes-yaradıcılıq mühitinin inkişaf etdirilməsi və Dövlət Proqramının müvafiq müddəalarını əsas tutaraq, SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planında universitetin nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Dövlət Universitetinin nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzi (İYM) – SDU-nun nəzdində elmi-tədqiqat işlərinin yerinə yetirilməsini, nəticələrinin tətbiqini, müasir tələblərə cavab verən keyfiyyətli startup məhsullarının istehsalını və kommersiyalaşmasını, sərgilərin, elmi konfransların, seminarların təşkilini təmin edən mərkəzdir. İYM – öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Təhsil haqqında Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli qərarına əsasən “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusunun verilməsi üçün Tələblər”; ali təhsil müəssisələrinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsinə; ali təhsil müəssisələrində elmi tədqiqat işlərinin nəticələrinin kommersiyalaşmasını həyata keçirərək, professor-müəllim heyətinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq prinsiplərinə əsaslanır.
İYM - in əsas biznes ideyası: SDU-nun nəznində mühəndislik ixtisasları əsasında innovativ startup layihələrin işlənməsini, tədqiqini, tətbiqini və kommersiyalaşdırılmasını həyata keçirməkdir.
İYM-in vəzifələri aşağıdakılardır:
1. İnnovativ ideyalar bazasının yaradılması üçün startup ərizələrinin verilməsi, ixtisasçı ekspertlər tərəfindən yoxlanılması, qiymətləndirilməsi və mentorlara təkim edilməsi;
2. Startupçıların mentorlarla işlərinin təşkili, biznes planlarının hazırlanması, startup şəhadətnamələrinin alınması, startup müsabiqələrində iştirakıarın təmin edilməsi, vençur investisiya məmbələrinin axtarışı və seçilməsi;
3. Startup layihələrin nəzəri tədqiqatlarının aparılması, laboratoriya eksperimentləri ilə yoxlanılması, qiymətləndirilməsi və praktiki olaraq layihələrin maketlərinin ilkin variantlarının (3D printerlərin köməyi ilə) hazırlanması və  sınaqdan keçirilməsi. Layihələrin texniki, keyfiyyət və iqtisadi göstəricilərinin təyini, prototip işlərlə müqayisə edilməsi, üstün və çatışmayan cəhətlərin müəyyən edilməsi;
4. Qrant, investisiya dəstəyi olan startupçıların rezident fəaliyyəti üçün İYM-in inkubasiya şöbəsində iş şəraitinin yaradılması, hər bir texniki, proqram, kompüter şəbəkəsi və informasiya dəstəyinin verilməsi.
5. Startupçıların layihələrinin Əqli Mülkiyyət Agentliyinə təqdim edilməsi və ASAN patentləşdirmə prosedurlarına dəstək verilməsi.
6. Startup layihələrin biznesini, marketinqini, maliyyəsini, mühasibat uçotunu və audit məsələlərinin həllini təmin etmək.

İYM-in ixtisas istiqamətləri və istifadə olunan vasitələr:
1. Startup layihələrin verilənlər bazasının yaradılması, saxlanılması, informasiya-axtarışı üçün avtomatlaşdırılmış iş yeri üçün fərdi kompüterlər (ixtisaslar üzrə: proseslərin avtomatlaşdırılması, mexatronika və robototexnika; süni intellek sistemləri, proqramlaşdırma; biologiya və tibb, sağlamlıq; kimya və ekologiya; fizika və astronomiya; hərbi texnika və sistemlər);
2. Konstruktor layihələndirmə və hazırlanma prosesinin avtomatlaşdırılması üçün fərdi kompüterlərdən ibarət iş yerləri, AutoCAD–lə təchiz olunmuş proqram vasitələri və 3D printerlər;
3. Startul layihələrin hazırlanması üçün mexaniki dəzgahlar;
4. Robotların modelləşdirilməsi üçün avtomatlaşdırılmış iş yerləri və xüsusi tətbiqi proqram alətələri;
5. Kompüter şəbəkə sistemi.
İYM-in infrastrukturu, müvafiq otaqlar və onların təyinatları:
1. İYM-in rəhbərlik departamenti (1-ci otaq);
2. İYM-in startup-larının qeydiyyatı və ekspertiza bölməsi (1-ci otaq);
3. İYM-in tədris-təlim bölməsi (2-ci və 3-cü otaq);
4. İYM-in biznes inkubasiyası şöbəsi (4-cü otaq);
5. İYM-in rezidentlər bölmələrii (5-ci otaq)
6. İYM-in istehsalat bölməsi (3D printerlərdən ibarət 1 otaq, tədris dəzgahlarından ibarət 1 otaq);
7. İYM-in konfrans, seminar və sərgilərin təşkili bölməsi (1 sərgi salonu, 1 konfrans zalı)
İYM-in işləməsi mərhələləri:
1. İYM-in toplantı, startup-ların müzakirəsi və ekspert qiymətləndirilməsi infrastruktur bölməsinin yaradılması;
2. İYM – in bölmələrinin müvafiq inventarlarla, komunikasiya vasitələri ilə təchiz edilməsi, fərdi kompüterlərin iş yerlərində quraşdırılması, kabelsiz lokal şəbəkəyə və İNTERNET-ə qoşulması;
3. İYM – in 3D printer (2 ədəd) və mexaniki dəzgahlarla təchiz edilməsi.
4. İYM – in robototexniki və süni intellekt ixtisasları üzrə rezidentlərin iş yerlərinin təşkili. Startap layihələrin verilənlər bazasının idarəetmə sisteminin yaradılması.
5. İYM – in istehsal sahəsinin yaradılması və işə salınması.
6. Startap layihələrin mentorlarla birgə işlənməsi, tədqiqatlarının aparılması, 3D printerli və dəzgahlardan ibarət istehsalat xəttində nümunəvi layihə variantının hazırlanması, kommersiya şöbəsində startap biznesinin həyata keçirilməsi və sərginin təşkili.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az