Sumqayıt Dövlət Universitetinin (SDU) Keyfiyyət təminatı və strategiya şöbəsi 2023-cü ilin dekabr ayından Təhsildə keyfiyyət təminatı şöbəsi və Strateji İnkişaf Mərkəzinin bazasında təşkil edilib. Keyfiyyət təminatı və strategiya şöbəsi universitetdə keyfiyyət təminatı və onun inkişafına yönəlmiş strategiya, siyasət və prosedurların formalaşdırılmasına, nəzərdən keçirilməsinə və icrasına rəhbərlik edir. Şöbə institusional və proqram akkreditasiyası prosesinə rəhbərliklə bərabər, özünütəhlil hesabatlarının hazırlanması işini təşkil edir, müəssisədə keyfiyyət mədəniyyətinin formalaşması və mənimsənilməsi üçün lazımi tədbirlər görür. İllik Fəaliyyət Planı və Strateji İnkişaf Planındakı fəaliyyətin icrasına nəzarət üçün monitorinqlər aparan, mövcud vəziyyəti təhlil edən Şöbə bu istiqamətdə sorğular keçirir, onların nəticələrinə əsasən müvafiq addımların atılması üçün təkliflər hazırlayır.