Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tədris Metodik Mərkəzi
Tədris Metodik Mərkəzi

Tədris Metodiki Mərkəz Sumqayıt Dövlət Universitetinin (SDU) struktur bölmələrindən biridir və universitetin tədris metodiki fəaliyyətinin təşkili və inkişaf etdirilməsini təmin edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, SDU-nun Nizamnaməsini, Strateji İnkişaf Planını və bu Əsasnaməni rəhbər tutur. Mərkəz SDU-nun bütün struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Mərkəzin əsas məqsədləri və vəzifələri tədris prosesinin keyfiyyətini yüksəltmək üçün metodiki tövsiyələrin hazırlanması və tətbiqi, universitetin tədris planlarının, proqramlarının və tədris materiallarının hazırlanmasında metodiki dəstəyin göstərilməsi, tədris prosesində müasir metodların tətbiqini təşviq etmək və bu istiqamətdə müəllimlərə metodik yardım göstərmək, universitetin müəllim heyətinin metodiki səviyyəsinin yüksəldilməsi üçün müntəzəm təlim və seminarlar təşkil etmək; tədris prosesinin təşkilində yaranan problemlərin təhlili və onların aradan qaldırılması üçün təkliflər irəli sürməkdən ibarətdir. Mərkəzin funksiyaları tədris proqramlarının və tədris materiallarının metodiki cəhətdən təkmilləşdirilməsi, universitetin müəllim heyətinin metodiki hazırlığının yüksəldilməsi məqsədilə tədris vəsaitləri və metodiki tövsiyələr hazırlanması, tədris prosesinin səmərəliliyini artırmaq üçün müasir təlim metodlarının və texnologiyalarının tətbiqi, niversitetin tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün müəllimlərə fərdi məsləhətlərin verilməsi, müxtəlif fənlər üzrə metodiki seminarların və açıq dərslərin təşkilindən ibarətdir. Tədris prosesinin gedişinə bilavasitə nəzarət etmək, universitetin bütün struktur bölmələrindən tələb olunan məlumatları almaq və tədris prosesinin təşkilində iştirak etmək, təhsilalanlar, müəllim və struktur bölmələrdən tədris prosesi və onun təmin olunması üzrə normalara əməl etmələrini tələb etmək, tədris prosesinə nəzarət və analiz, metodiki işlər, kadr heyəti, həmçinin statistik hesabatların tərtibi üçün struktur bölmələrdən məlumat və materiallar tələb etmək, tədris prosesinin keyfiyyətini yüksəltmək üçün lazımi tədbirlərin görülməsi ilə bağlı rektorluğa təkliflər vermək, universitetin müxtəlif fakültələri və kafedraları ilə birgə metodiki işlər təşkil etmək və həyata keçirmək, xarici tədris metodik mərkəzləri ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq, TMM işçilərinin yerdəyişməsi, təyinatı, onların mükafatlandırılması və ya cəzalandırılması üçün təqdimatlar vermək Mərkəzin hüquqlarına aiddir. Mərkəzin işçi heyəti direktor, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis və operatordan ibarətdir. Mərkəzin idarə edilməsi Mərkəz direktoru tərəfindən həyata keçirilir. Direktor Mərkəzin fəaliyyətini təşkil edir, planlaşdırır, nəzarət edir və əməkdaşların peşəkar inkişafına dəstək verir. Mərkəzə dosent Hacıyev Osman Yusif oğlu rəhbərlik edir. O.Y.Hacıyev 2004-cü ildə Bakı Dövlət Universitetinin Fəlsəfə ixtisasını bakalavriatura səviyyəsi üzrə, 2006-cı ildə həmin universitetin Sosial fəlsəfə ixtisaslaşmasını magistratura səviyyəsini bitirmişdir. 2018-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2024-cü ildə dosent elmi adı almışdır. Dos.O.Y.Hacıyev 60-a qədər elmi əsərin, o cümlədən, 7-i xaricdə olmaqla 50 məqalə və tezis, 5 tədris proqramı, 2 metodik vəsait, Fəlsəfə adlı 1 dərs vəsaitinin müəllifidir. Fəaliyyəti müddətində müxtəlif yerli və beynəlxalq əhəmiyyətli Qurultay və Konfranslarda iştirak etmiş, ixtisası ilə yanaşı, təhsilin məzmunu və qiymətləndirilməsilə bağlı təklif və tezislərlə çıxışlar etmişdir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az