Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Kitabxana İnformasiya Mərkəzi
Kitabxana İnformasiya Mərkəzi
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir

                                                                   Heydər Əliyev  

Leyla Allahverdiyeva 2006-cı ildə Azərbaycan Dillər Univesitetinin Filologiya fakültəsinə qəbul olub, 2010-cu ildə həmin universiteti bitirmişdir. Daha sonra, 2016-2019-cu illərdə ADA Universitetinin Təhsilin İdarə olunması (MAEM) magistr proqramında təhsil almışdır. Peşəkar karyerasına 2013-cü ildə ADA Universitetində başlamışdır. 2023-cu ilin noyabr ayında “Erasmus+Staff mobility Program”-ı ilə Türkiyənin İstanbul şəhərində yerləşən Kadır Has Universitetinə ezam olunmuş və kitabxana işinin təşkili ilə yaxından tanış olmuşdur. Daha sonra, Antalya şəhərində təşkil olunmuş “Rethinking university libraries in the 100th Anniversary of the Republic of Turkiye” ANKOS beynəlxalq konfransında iştirak etmişdir.

    “EBSCO E-Resources For Research and Education, “Web of Science & InCites 2024”, “Scopus AI Training 2024”, “CopyrightX: Libraries”, “Basics of Project Management” adlı yerli və xarici təlim proqramlarında iştirak etmişdir.2024-cü ilin yanvar ayında keçirilmiş “Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş kitab sərgisinin, 2024-cü ilin dekabr ayında “18th IFLA Interlending and Document Supply” beynəlxalq konfransının təşkilat komitəsinin üzvü olmuşdur.“Game-based Teaching Approach in Teaching a Foreign Language in Middle Public Schools” adı elmi araşdırmanın, Taylor & Francis online jurnalında çap olunmuş “Assessing the Impact of Information Literacy Instruction on Graduate Students: A Quantitative and Sentiment Analysis” adlı məqalənin müəllifidir.

 SSU Code of Conduct     SDU davranış qaydaları

    Web of Science

Web of Science akademik jurnallardan, konfrans materiallarından və müxtəlif akademik fənlər üzrə sənədlərdən istinad və sitat məlumatları üzrə çoxsaylı verilənlər bazasına girişi təmin edən platformadır. Hazırda o, Clarivate şirkətinə məxsusdur. Web of Science istifadəçiyə verilənlər bazası məlumatlarını vaxtında əldə etməyə, təhlil etməyə və yaymağa imkan verən birləşdirici tədqiqat vasitəsi kimi təsvir edilir. 

 ScienceDirect

ScienceDirect, “Elsevier” nəşriyyatının elmi ədəbiyyatını özündə etiva edən akademik verilənlər bazasıdır. ScienceDirect 43.000-dən çox elektron kitaba, 19 milyondan çox tam mətnli məqaləyə giriş imkanı verir.ScienceDirect orta hesabla dünyanın ən çox istinad edilən online jurnal platformasıdır. “ScienceDirect” akademik verilənlər bazasının əhatə etdiyi elmlər təsnifatı aşağıdakı kimidir:
Fizika və mühəndislik
Təbiət elmləri
Tibb
Humanitar və sosial elmlər
SDU daxilində “ScienceDirect”dən istifadə, universitetin internet şəbəkəsinə bağlı olan bütün cihazlardan istifadəçi adı və kod olmadan birbaşa istifadəyə açıqdır.

 Scopus

Scopus resenziyalı nəşrlərin, elmi jurnal, kitab və konfrans materiallarının daxil olduğu ən böyük elmmetrik istinad bazalarından biridir. Scopus 5000-dən artıq beynəlxalq nəşriyyatın 22.000-dən çox nəşrləri və bütün elm sahələri üzrə məqalələrin istinadlarını izləyərək onların keyfiyyətini müəyyənləşdirən göstəriciləri (impact factor) əks etdirir.Scopus illik abunəsi olmayan istifadəçilərə Scopus Preview (məhdud) versiyasını təqdim edir.Scopus Preview və ya Scopus-un ödənişsiz versiyasından istifadə. Scopus-a daxil olan bütün dövri nəşrlər Hirsch indeksinin , CiteScore , SCImago Journal Rank (SJR), Mənbənin Normallaşdırılmış Təsirinin minimum tələb olunan göstəricilərinə uyğunluğunu təmin etmək üçün hər il yoxlanılır.Həmçinin Scopus məlumatları bütün dünya üzrə institutlar, reytinq təşkilatları, maliyyə agentlikləri və hökumətlər üçün tədqiqatın planlaşdırılması və qərarların qəbulu barədə məlumat vermək üçün etibarlı mənbədir.

      Open Access Resursları:

Bu xidmət pulsuz,tam mətnli,keyfiyyətə nəzarət edilən sistematik və elmi jurnalları əhatə edir.DOAJ bütün fənləri və dilləri əhatə etməyi hədəfləyir.Hal-hazirda kataloqda 4818 jurnal mövcuddur.Bununla yanaşı deyə bilərik ki,burada məqalə səviyyəsində 1927 jurnal var.Bu gün etibarilə DOAJ xidmətində 367890 məqalənin mövcudluğunu qeyd edə bilərik.
 
Bu bizə elmin bütün sahələrinə aid materialları açıq şəkildə dərc etmək imkanı verir.
 
OAPEN
OAPEN (Avropa Şəbəkələrində Açıq Əlyetərlilik Nəşriyyatı) Humanitar və Sosial Elmlər üzrə akademik kitablarçün davamlı olaraq Açıq Əlyetərlilik nəşr modelini hazırlamaq və inkişaf etdirməkçün birgə əməkdaşlıq təşəbbüsüdür.OAPEN Kitabxanası Avropanın hər yerindən nəzərdən keçirilmiş Açıq Əlyetərlilik nəşrlərini birləşdirərək yüksək keyfiyyətli akademik tədqiqatın görünməsini və istifadəsini yaxşılaşdırmaq məqsədi daşıyır.
 
Arxiv
Arxiv fizik, riyaziyyat, kompüter elmləri, kəmiyyət biologiyası, kəmiyyət maliyyəsi, statistika,elektrik mühəndisliyi, sistem elmləri və iqtisadiyyat sahələrində 2.4 milyona yaxın elmi məqalə üçün pulsuz paylama xidməti və açıq girişli arxivdir.
 
EBSCO Open Dissertations
EBSCO "Open Dissertations" kolleksiyası elektron tezis və dissertasiyaları (ETD) dünya informasiya istifadəçiləri üçün əlçatan edir. Ödənişsiz portal universitetlərə və onların tələbələrinə fayda vermək, ETD-lərin istifadəliyini və görünürlüyünü daha da artırmaq üçün nəzərdə tutulmuşdur.2014-cü ildən bəri fəaliyyətə başlayan bazada müxtəlif elm sahələrinə dair yüzlərlə tezis və dissertasiya oxucular üçün olduqca faydalıdır.
 
Taylor & Francis eBooks
“Taylor & Francis eBooks” elm, texnologiya, mühəndislik və b. elmlər üzrə elektron kitabları vahid platformada birləşdirən akademik kitab bazasıdır. Platformaya giriş istifadəçilərə həm kitab, həm də fəsillər üzrə, həmçinin mövzu sahəsi və nəşr ili üzrə axtarış imkanı verir və APA formatında sitatlar yaradır. Nəzərinizə çatdıraq ki, “Taylor & Francis eBooks” akademik kitab bazası açıq əlyetərli kitabları hər kəsin istifadəsinə təqdim edir. Axtarış panelinin çeşidləmə hissəsindən “Open Access”, “Fully OA Books” seçərək 2000 yaxın kitabla (iqtisadiyyat, maliyyə, mühəndislik, texnologiya, riyaziyyat, qida sənayesi və s. ) tanış olub istifadə edə bilərsiniz.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az