Sumqayıt Dövlət Universiteti (SDU) yarandığı vaxtdan 14.07.2024-cü ilədək “Kadrlar şöbəsi” kimi fəaliyyət göstərən qurumun bazasında əməkdaşların əməyinin stimullaşdırılması, həmçinin Universitetin reytinqinin artırılması məqsədilə SDU rektorunun 15.07.2024-cü il tarixli R-39/1 saylı əmrinə əsasən İnsan kapitalının idarə edilməsi Mərkəzi yaradılıb. İnsan kapitalının idarə edilməsi Mərkəzi fəaliyyətində universitet daxilində işçi qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması, hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, vakansiyalar üzrə namizədlərin cəlbi, seçimi, yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyət və digər funksiyaları özündə cəmləyir.
İnsan kapitalının idarə olunmasının vəzifəsi universitetin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır.
İnsan kapitalının idarə edilməsi mərkəzinin tərkibi:
- İnsan resursları üzrə mütəxəssis;
- Kadr hazırlığı üzrə mütəxəssis;
- İşə qəbul üzrə mütəxəssis;
- Hüquqşünas;
- Əməliyyatlar üzrə mütəxəssis;
- Əməkdaş məlumatlarının idarə edilməsi üzrə mütəxəssis.
Mərkəz yarandığı vaxtdan Rəfiyeva Günay Miraslan qızı (Assoc.CIPD) qurumda direktor vəzifəsinə təyin edilib. SDU-nun Kimya fakültəsinin "Bioloq" ixtisası üzrə bakalavriat səviyyəsini bitirən Günay Rəfiyeva ikinci təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə" ixtisası üzrə alıb. 2009-2014-cü illərdə AR Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamentində, 2015-2022-ci illərdə dövlət qulluğunda İnsan Resursları şöbəsinin müdiri, 2023-2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində İnsan Resursları şöbəsinin rəisi olaraq çalışıb. 2022-2024-cü illərdə Chartered Institute of Personnel and Development (CIPD) Level 5 təhsilini bitirən Günay Rəfiyeva AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və RİİB Regionların inkşafına dəstək layihəsinin, International Education Research Certification Center Professional Lifelong Blended Knowledge Learning Qualification, EGE Universitesi Sürekli Eğitim Merkezinin “Tarımsal araştırmalar konusunda bilimsel makale hazırlama eğitimi”, McKinsey Quarterly –in ”Soft skills for a hard world” Sertifikatlarına layiq görülüb.