Kimya və biologiya
Kimya və biologiya fakültəsində professor-müəllim heyəti 79 nəfərdən ibarətdir. Onlardan 1-i AMEA-nın müxbir üzvü, 4-ü elmlər doktoru, professor, 35 nəfəri k.e.n., dosent, 1 nəfər k.f.d., baş müəllim, 2 nəfəri b.f.d., assistent, 2 nəfəri b.f.d., baş müəllim, 22 nəfəri baş müəllim,10 nəfər assistent işləyir. 39 nəfər isə tədris köməkçi heyəti kimi fəaliyyət göstərir. Hazırda fakültədə 4 nəfər elmlər doktoru, 5 doktorant və 6 dissertant elmi işlə məşğul olur. 2014-cü ildən fakültənin dekanı tex.e.n., dosent Muradov Mahal Mail oğludur. Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 968 nəfər: onlardan 908 nəfər bakalavriat (792 nəfər əyani və 116 nəfər qiyabi) və 60 nəfər magistratura pilləsində təhsil alır. Fakültədə 5 kafedra və 3 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində ixtisaslar: Kimya, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi, Kimya müəllimliyi, Biologiya müəllimliyi, Biologiya, Ekologiya mühəndisliyi, Ekologiya, Kimya və biologiya müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə müəllimliyi, Azərbaycan və rus bölməsi).
Magistratura pilləsindəki ixtisaslar: Qeyri-üzvi kimya, Üzvi kimya, Fiziki kimya, Neft kimyası, YMB kimyası, Elektrokimya, Əsas üzvi sintezin kimyası və texnologiyası, Biologiyanın tədrisinin metodologiyası və metodikası, Kimyanın tədrisinin metodologiyası və metodikası, Ətraf mühitin mühafizə metodları və təbii ehtiyatlardan səmərəli istifadə olunması, Mikrobiologiya, Genetika, Mikologiya, Polimerlərin kimyəvi texnologiyası.
Doktorantura (fəlsəfə doktoru üzrə) pilləsindəki ixtisaslar: Neft kimyası, Üzvi kimya.
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri: 2314.01 − Neft kimyası – Neft əsasında alınan sənaye əhəmiyyətli aromatik aminlər və fenolların kimyası və texnologiyası, 2304.01- Siklopropantərkibli homo- və birgəpolimerlərin alınması və xassələrinin tədqiqi, 2306.01-Üzvi kimya – Alkilfenolların bəzi funksional alkenlərlə müqayisəli hidrosililləşdirilməsi, 3303.01 - Kimya texnologiyası və mühəndisliyi - Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması və tozşəkilli fosforlu gübrələrin dənəvərləşdirilməsi prosesinin tədqiqi, Tədrisdə kurikulumun əsaslarının tədqiqi və kimya təlimində tətbiqinin səmərəli yollarının öyrənilməsi, Sənaye komplekslərindən hidrosferə və litosferə atılan zərərli maddələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi və hesablanması, Təcrübələrin aparılması üçün ilkin müşahidə və analizlər, Hipoksiya, onun işıq və qaranlıq fazalarının orqanizmin fizioloji funksiyalarının tənziminə təsiri, Xarici mühit faktorlarının bitkilərinin morfo-fizioloji xüsusiyyətlərinə və biomüxtəlifliyinə təsiri, 2426.01 − Ekologiya – Sumqayıt sənaye zonasında boz-qonur torpaqların ekoloji qiymətləndirilməsi. 5801.01 – Biologiya dərslərində təlim və tərbiyyənin nəzəriyyəsi və metodikası.
Kimya və biologiya fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları