Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Həmkarlar İttifaqı Komitəsi
Həmkarlar İttifaqı Komitəsi
Məlumdur ki, ali təhsil müəssisələrinin ictimai həyatında və idarə olunmasında həmkarlar təşkilatları önəmli rol oynayır. Həmkarlar İttifaqı Komitəsi işçilərin əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini qoruyan, üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır. Sumqayıt Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsi bu ali məktəbin – Az. NKİ-nin tədris məntəqəsi kimi fəaliyyət göstərdiyi bir dövrdə ‒ 1963-cü ildə yaradılmışdır. 1963-cü ildən bu günə qədər SDU-da istər kəmiyyət, istərəsə də keyfiyyət baxımından önəmli dəyişikliklər olmuş, institut mərhələ-mərhələ inkişaf etmiş, universitet statusu qazanmışdır. Universitetin Həmkarlar İttifaqı Komitəsi də onunla birlikdə inkişaf yolu keçmişdir. Sevindirici haldır ki, professor-müəllim heyəti və əməkdaşlar arasında üzvlərinin sayı 35 nəfərdən 733 nəfərə çatmışdır. Zaman keçdikcə Həmkarlar İttifaqı Komitəsinin tərkibində tələbələrin də Həmkarlar İttifaqı Komitəsi yaranmışdır. Beş mindən çox üzvü olan komitə müstəqil şəkildə fəaliyyət göstərir.
SDU HİK universitetin ictimai həyatında fəal iştirak edir. Universitetdə nizam-intizamın möhkəmləndirilməsində, əməkdaşların sosial rifahının yüksəldilməsində, onların asudə vaxtlarının səmərəli keçirilməsində, mədəni-kütləvi tədbirlərin təşkilində mühüm rol oynayır, o cümlədən yubiley mərasimlərini, yaddaqalan bilik günlərini, məzun günlərini, iməclikləri, müxtəlif idman yarışlarını, ölkəmizin görməli yerlərinə, muzey və tarixi məkanlara, müqəddəs ziyarətgahlara ekskursiyalar təşkil edir.
 Hər ikiildənbir rektorluqla Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanır. Bu müqavilədə kadr hazırlığı və ixtisasartırma, əməyin mühafizəsi, əməkdaşların sosial rifahı və onların sağlamlığının qorunması, kompensasiyaların verilməsi kimi məsələlər öz əksini tapmışdır.
Bütün bu işlərin səmərəli təşkili üçün universitet Həmkarlar İttifaqı Komitəsi idarə heyəti üzvləri arasında müvafiq vəzifə bölgüsü aparmış və öz tərkibində aşağıdakı komissiyaları yaratmışdır:
Sosial-məişət və mədəni-kütləvi işlər üzrə komissiya;
İdman və bədən tərbiyəsi işləri üzrə komissiya;
Təftiş komissiyası.
Ayrı-ayrı vaxtlarda universitetin Həmkarlar İttifaqı Komitəsinə baş müəllim A.Əhmədov, dos.R.Cəlilov, dos.Q.Bayramov, dos.T.Quliyev, dos.T.Cəfərov, dos.E.Xəlilov rəhbərlik etmişlər. Həmkarlar İttifaqı Komitəsinə 25 aprel 2022-ci ildən dos.Nemət İbayev rəhbərlik edir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az