Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Mühəndislik
Mühəndislik
Mühəndislik fakültəsinin əsası 1973-cü ildə Energetika-istehsal proseslərinin avtomatlaşdırılması-mexanika fakültəsinin yaranması ilə qoyulub. Sonralar fakültə Energetika, avtomatika və mexanika, Avtomatika-mexanika, Avtomatika adlandırılmışdır. 2000-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yarandıqdan sonra fakültə Kompüter texnikası və texnologiyaları, 2004-cü ildən isə Kompüter texnikası və informasiya texnologiyaları adlandırılmışdır. 2006-ci ildə Avtomatika və idarəetmə, İnformasiya və hesablama texnikası, Mexanika, Elektron texnikası, Logistika və nəqliyyat texnologiyaları, Mexatronika və robototexnika və prespektivdə energetikayönümlü mühəndis ixtisaslarının bazasında Mühəndislik fakültəsi yaradılmışdır.
Fakültəyə dosent Ulduz Xeyrulla oğlu Ağayev rəhbərlik edir.
Fakültədə 56 nəfərdən ibarət professor-müəllim və tədris-köməkçi heyəti, o cümlədən 5 nəfər professor, 12 nəfər dosent, 15 nəfər baş müəllim, 6 nəfər assistent, 4 nəfər tütor, 4 laboratoriya müdiri, 10 laborant çalışır.
Hazırda fakültədə elmlər doktoru proqramı üzrə 3 nəfər doktorant, 1 nəfər dissertant, fəlsəfə doktoru proqramı üzrə 9 nəfər doktorant və 8 dissertant dissertasiya üzərində işləyir.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. 602 nəfər tələbə: onlardan 583 nəfər tələbə bakalavriat (470 nəfər tələbə əyani şöbədə və 113 nəfər tələbə qiyabi şöbədə) və 19 nəfər magistrant magistratura pilləsində təhsil alır.
Fakültədə 4 ixtisas kafedrası fəaliyyət göstərir:
Elektronika  və kompüter texnikası
İnformasiya texnologiyaları və proqramlaşdırma
Avtomatika və idarəetmə
Mexanika və nəqliyyat texnologiyaları
İki ixtisasa Avropanın müstəqil akkreditasiya şirkətinin (ASİİN) beynəlxalq sertifikatı verilib:
Bakalavriat səviyyəsi üzrə
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası
Magistratura səviyyəsi üzrə
Enerji menecmenti ixtisası
Bakalavriat səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
Proseslərin avtomatlaşdırlması mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
İnformasiya texnologiyaları
Kompüter mühəndisliyi
Mexanika mühəndisliyi
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Magistratura səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
Kompüter mühəndisliyi
İdarəetmədə informasiya sistemləri
Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması
Texniki sistemlərdə idarəetmə və informatika
İdarəetmədə informasiya sistemləri (MBA proqramı üzrə)
Doktorantura səviyyəsindəki ixtisaslar:
3338.01 - Sistemli analiz, idarəetmə və informasiya sistemləri
3337.01- İnformasiya-ölçmə və idarəetmə sistemləri
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
İnformasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi
Avtomatlaşdırlmış layihələndirmə, konstruksiyaetmə, modelləşdirmə və idarəetmə alətlərinin nəzəri və praktiki məsələlərinin işlənməsi
İstehsal proseslərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması
İkifazalı mühit mexanikasının nəzəri əsasları və konstruksiya elementlərinin hesablanması
Fakültədə müasir tələblərə cavab verən 8 tədris laboratoriyası fəaliyyət göstərir:
Kompüter texnologiyaları və proqramlaşdırma
İnformasiya texnologiyaları və sistemləri
Elektron çeviriciləri və ölçmələr
Avtomatlaşdırma və informasiya texnikası
Texnoloji ölçmələr və texniki vəsaitlər
Avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri
Mexanika, standartlaşdırma və ölçmə texnikası
Müəssisələrdə əməkdaşlığın inkişafı istiqamətində universitetlərarası innovasiya şəbəkəsinin yaradılması, videokonfrans zalı.
SDU-nun xarici ölkələrlə əlaqələrinin genişləndirilməsində fakültənin özünəməxsus yeri var. Təhsil Nazirliyinin dəstəyi ilə 2004-cü ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində və Mingəçevir Dövlət Universitetində Almaniyanın Köln Universiteti və Hollandiyanın Heerlen Ali Texniki Məktəbi ilə əməkdaşlıq əsasında Avropa standartlarına uyğunlaşdırılmış tədris planı bakalavriat səviyyəsi üzrə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üçün, magistratura səviyyəsi üzrə 2007-ci ildən başlayaraq Tempus layihəsi çərçivəsində kimya sənayesi üçün Enerji Menecmenti ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Bu layihələr çərçivəsində fakültədə müasir texnika ilə təchiz olunmuş tədris laboratoriyaları yaradılıb tələbələrin istifadəsinə verilmiş, bakalavriat və magistratura səviyyələrində tədris olunan fənlərin mühazirə konspektləri və laboratoriya işlərinin metodik vəsaitləri çap olunub kitabxana fonduna daxil edilmiş, 8 müəllim Almaniyada, Hollandiyada və Polşada tədris texnologiyalarını mənimsəmək üçün stajkeçmədə olmuşlar. TEMPUS layihəsi çərçivəsində görülmüş işlər nəticəsində əldə olunmuş nailiyyətlər fakültənin digər ixtisaslarında da tətbiq edilmişdir.
2010-cu ildə Sumqayıt Dövlət Universiteti “Müəssisələrlə əməkdaşlığın inkişafı istiqamətində Universitetlərarası innovasiya şəbəkəsinin yaradılması” adlı TEMPUS layihəsinin qalibi olmuşdur.
Fakültənin əməkdaşları ERASMUS+, PETRA beynəlxalq layihələri çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində, Hollandiyanın Twente universitetində, Türkiyənin Gazi Universitetində,İspaniyada ixtisasartırmada iştirak etmişlər.
Layihə çərçivəsində universitetlərarası innovasiya şəbəkəsi yaradılmış, videokonfrans zalı istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş zal yüksək sürətli fıber optik İnternet şəbəkəsinə qoşulmuşdur. Videokonfrans zalında layihədə iştirak etmiş univetsitetlərlə: Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Aviasiya Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti; Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti; Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti; Böyük Britaniyanın Varvik Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti innovasiya texnologiyalarının transferinə dair videokonfransların, distant mühazirələrin və s. aparılmasında istifadə edilir. Videokonfrans zalından distant kursların təşkil edilməsi, qiyabi təhsil alan tələbələr üçün distant məsləhətlərin verilməsi, birgə online rejimdə elmi konfransların və seminarların aparılması və s. istiqamətlərdə də istifadə edilir.
Fakültədə Sistemli analiz, idarəetmə və informasiya sistemləri, İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri almaq üçün dissertasiya müdafiə şuraları fəaliyyət göstərir.
Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Azad Həmkarlar Təşkilatı fəaliyyət göstərir.
 
Mühəndislik fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az