İdman klubu
İdman klubu 2 oktyabr 2015 ci ildə yaradılmışdır. Klub zəngin maddi-texniki bazaya malikdir. Bir böyük idman zalı, stadion, süni örtüklü minifutbol meydançası, açıq havada idman gimnastika kompleksi və atıcılıq tiri fəaliyyət göstərir. İdman klubunda aşağıdakı idman bölmələri fəaliyyət göstərir.
1. Stolüstü tennis
2. Atıcılıq
3. Futbol
4. Şahmat
5. Müalicə gimnastikası
6. İdman klubunda çalışanlar:
Dosent Məmmədov Zakir - klub müdiri, Əməkdar məşqçi, SSRİ İdman ustası.
Əliyev Polad - məşqçi müəllim
Tairov Rauf - Məşqçi müəllim.
Kərimova Mirvari - məşqçi müəllim.
Quliyeva Validə - operator.
2015 ci il oktyab, dekadr ayları ərzində əldə edilmiş idman nəticələri.
Sumqayıt şəhər cempionatında stolüstü tennis üzrə SDU nun komandası I yer tutmuşdur.
Gürcüstanda keçirilən gənclərarası yüngül atletika üzrə Beynəlxalq yarışda I kurs tələbəsi Əliyev Zaur II yerə layiq görülmüşdür.
Bakı şəhərində keçirilən yeniyetmələrarası yüngül atletika üzrə Kimya və biologiya
fakültəsinin I kurs tələbəsi İksanov İlham I yerə layiq ğörülmüşdür.
Noyabr ayında I kurs tələbələri fakültələrarası mini futbol üzrə yarışlar keçirib.
