Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Karyera mərkəzi
Karyera mərkəzi
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2009-cu il tarixli, 833-IIIQ №-li “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən yaradılmışdır.
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin Əsasnaməsi Sumqayıt Dövlət Universiteti Elmi Şurasının 29.05.2015-ci il tarixli iclasının (pr. № 08) qərarı ilə təsdiq edilmişdir. 03.06.2019-cu il tarixindən dosent Əmirxan İsayev Karyera mərkəzinin müdiri vəzifəsini icra edir.
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzi universitetin struktur bölməsidir və ali təhsilin ikipilləli strukturunda magistrantların və bakalavrların ixtisasyönümlü təcrübəsini təşkil etməli, məzunlara işə düzəlməkdə dəstək göstərməlidir.
Karyera Mərkəzi öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq, dövlət, özəl və xarici müəssisələrlə bağlanmış sazişlər və müqavilələr əsasında həyata keçirməyi nəzərdə tutur.
Dünya təcrübəsində universitetlərin və eləcə də fakültələrin, kafedraların reytinqinin müəyyən edilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Karyera Mərkəzi Sumqayıt Dövlət Universitetində təhsil alan yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verərək, onları iş dünyasına hazırlayır.
Karyera Mərkəzinin yaradılmasınin başlıca məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
KARYERA MƏRKƏZİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
1. Tələbə, magistrant, doktorant və dissertantların elektron məlumat bazasının hazırlanması;
2. Tələbə və magistrlərantların biznes-inkubasiya mexanizminin hazırlanması;
3. Karyera Mərkəzinin internet portalının yaradılması və idarə olunması;
4. Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsi;
5. Analitik qrupların yaradılması;
6. İstehsalat və pedaqoji təcrübələrin təşkili;
7. Konsaltinq xidmətinin göstərilməsi və müxtəlif sferalarda layihələrin hazırlanması.
 
 
TƏLƏBƏLƏRƏ  KARYERA  MƏSLƏHƏT  SAATLARI 
 I, III, V günlər saat 1400-dan 1600-dək IV kurs tələbələrlə 244-cü otaqda məsləhət saatı keçirilir.
 
 
 

Vakansiyalarla bağlı məlumat

 
 
 Xəbərlər
 
 
 
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az