Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İqtisadiyyat və İdarəetmə | Biznesin təşkili və menecment
Biznesin təşkili və menecment
İki kafedranın bazasında yaradılıb formalaşan Biznesin təşkili və menecment kafedrası bu kafedraların yüksək elm və təhsil ənənələrini özündə birləşdirmişdir. Biznesin təşkili və idarə edilməsi kafedrası yarandığı gündən 1996-cı ilin avqust ayına kimi Sənayenin iqtisadiyyatı kafedrası adlandırılmışdır. Daha sonra İqtisadiyyat (1998), Mühəndis iqtisadiyyatı (1998), Müəssisələrin iqtisadiyyatı və təşkili (2002) adları altında fəaliyyət göstərmişdir. 2008-ci ildən 2017-ci ilin mart ayına kimi Biznesin təşkili və idarə edilməsi kafedrası adlandırılmışdır. Kafedranın ilk müdiri dos. A.H.Tağıyev olmuşdur. Sonrakı illərdə kafedraya dos. S.M.Mikayılova (1996-1998, 1999-2000), dos. H.İ.Həşimov (1998-1999), dos. T.Q.Cavadov (2000-2006) rəhbərlik etmişlər. AMEA-nın İqtisadiyyat İnstitutunun sabiq direktoru prof., AMEA-nın müxbir üzvü Ş.M.Muradov vaxtilə bu kafedrada işləmişdir. 2006-cı ildən isə kafedraya dosent Qalib Sirac oğlu Hüseynov rəhbərlik edir.
Menecment kafedrası isə 1999-cu ilin sentyabr ayında yaradılmış, sahibkarlıq fəaliyyəti ilə bağlı fənlər tədris olunduğundan 2002-ci ildə kafedranın adı dəyişdirilərək, Sahibkarlıq və menecment, 2009-cu ildən isə Menecment kafedrası adlandırılmışdır. Kafedranın yaranmasının əsas səbəbi Sumqayıt Dövlət Universitetində Menecment, Biznesin idarə edilməsi ixtisasları üzrə kadr hazırlığı olmuşdur. Yarandığı tarixdən 2004-cü ilədək dosent Albert Həmid oğlu Tağıyev kafedraya rəhbərlik etmişdir. 2004-cü ildən kafedra müdiri vəzifəsində dosent Orucəliyeva Bəsti Əli qızı çalışmışdır. Kafedraya 2015-ci ildən 2017-ci ilədək i.f.d. Əhmədzadə Mehman İmamverdi oğlu rəhbərlik etmişdir.
Struktur dəyişiklikləri ilə əlaqədar olaraq, SDU-nun Elmi Şurasının 29.03.2017-ci il tarixli qərarına əsasən Biznesin təşkili və idarə edilməsi kafedrası Menecment kafedrası ilə birləşdirilərək Biznesin təşkili və menecment kafedrası adlandırılmışdır. Hazırda kafedraya dosent Q.S.Hüseynov rəhbərlik edir.
Kafedrada 4 nəfər dosent, 6 nəfər baş müəllim, 2 nəfər müəllim, 2 nəfərdən ibarət köməkçi heyət fəaliyyət göstərir.
Hüseynov Qalib Sirac oğlu ‒ kafedra müdiri
Məmmədov İlqar Səməndər oğlu ‒ dosent
Hüseynova Məlahət Soltan qızı ‒ dosent
Əhmədova Təranə Mütəllim qızı ‒ dosent
Qasımova Zülfiyyə Mirzə qızı ‒ baş müəllim
Məmmədova Səxavət Tofiq qızı ‒ baş müəllim
Məmmədova Səidə Rəhim qızı ‒ baş müəllim
Əmirov İmran Balamirzə oğlu ‒ baş müəllim
Hacıyeva Zülfiyyə Elman qızı ‒ baş müəllim
Mirzəbəyov Araz Əliosman oğlu ‒ baş müəllim
Əliyeva Şöhrət İzzət qızı ‒ müəllim
Tağıyeva Aidə Valeh qızı – müəllim
Şəfiyeva Təranə İsgəndər qızı ‒ baş laborant
Məhərrəmova Süsən Rafiq qızı – baş laborant
Behbudova Könül Elman qızı-0,5 laborant
Biznesin təşkili və menecment kafedrasında 2 nəfər dissertant, 4 nəfər doktorant, 12 magistrant və 1 nəfər elmlər doktoru proqramı üzrə elmi işlə məşğul olur.
Bakalavriat pilləsi üzrə
1. Sahibkarlığın əsasları və biznesə giriş
2. Ətraf mühitin iqtisadiyyatı
3. İşgüzar yazışmalar
4. Ekonometrika
5. Menecment
6. İnsan resurslarının idarə edilməsi
7. Biznesin əsasları
8. Beynəlxalq biznes
9. Biznes etikası və sosial məsuliyyət
10. Biznesin təhlükəsizliyi
11. Müəssisənin iqtisadiyyatı
12. İqtisadi təhlil
13. Kiçik biznesin idarə edilməsi
14. Strateji planlaşdırma
15. Korporativ menecment
16. Korporativ idarəetmə
17. Layihələrin idarə edilməsi
18. Layihə menecmenti
19. İstehsaldaxili ehtiyatların idarə edilməsi
20. İnvestisiya menecmenti
21. Sosial mədəni xidmət və turizmdə menecment
22. Dövlət və bələdiyyə idarəetməsi
23. Strateji menecment
24. Menecmentin informasiya təminatı
25. Antiböhran idarəetmə
26. İdarəetmədə motivləşdirmə
27. Maliyyə menecmenti
28. Nəqliyyatda kommersiya işi
29. Mühəndis iqtisadiyyatı
30. İstehsalın iqtisadiyyatı və menecment
31. Sənaye sahələrinin iqtisadiyyatı və menecment
32. İdarəetmə psixologiyası
33. İnnovasiya menecmenti
34. İdarəetmə nəzəriyyələri
Magistratura pilləsi üzrə:
1. Tədqiqat metodları
2. Biznesin idarə edilməsinin müasir problemləri
3. Biznes inzibatçılığı
4. Biznesin qiymətləndirilməsi
5. Biznesin restrukturizasiyası
6. Biznesdə informasiya sistemlərinin idarə edilməsi
7. İdarəetmə qərarları
8. Biznes proseslərinin idarə edilməsi
9. Biznesin inkişaf strategiyası
10. Menecmentin müasir problemləri
11. Müasir strateji menecment
12. Kreativ və innovasiya menecmenti
13. Kadr menecmenti
14. İnnovasiya layihələrinin idarə olunması
15. Risk menecmenti
16. Müəssisədə risklərin idarə edilməsi
17. Menecment və liderlik
18. İnnovasiya proseslərinin idarə edilməsi
19. İnvestisiya proseslərinin idarə edilməsi
Kafedranın elmi istiqamətiləri: 5304.01 – İqtisadi fəaliyyət növləri
Kafedra üzrə son illər 1 monoqrafiya, 1 dərs vəsaiti, 5 kitab, 22 fənn proqramı, 126 məqalə, 190 tezis, o cümlədən 29 məqalə 37 tezis xaricdə çap olunmuşdur.
Hal-hazırda Biznesin təşkili və menecment kafedrası respublikamızın və bir sıra xarici ölkələrin ali məktəblərinin uyğun kafedraları, müxtəlif sənaye müəssisələri və firmaları ilə sıx əməkdaşlıq edir, bu əməkdaşlıq hər il genişlənir. Kafedra əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Yıldız Texniki Universiteti, H.Dosmuhamedov adına Atırau Universiteti ilə əlaqəsi vardır.
Kafedra müdiri dosent Q.S.Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 02 noyabr tarixli 3334 №-li Sərancamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az