Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Filologiya
Filologiya
Filologiya fakültəsi 2000-ci ildə Tarix-filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix-filologiya fakültəsinə çevrilmiş, 2003-cü ilin may ayından müstəqil Filologiya fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır. 11.01.2024 – cü il tarixdən (Əmr K- 04/2) fakültəyə dosent Günel Baxşeyiş qızı Paşayeva rəhbərlik edir.
Paşayeva Günel Baxşeyiş qızı Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2017-ci il tarixli (protokol N17-k) qərarı ilə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi,  16.12. 2022 – ci il tarixli qərarı ilə Elmi-pedoqoji fəaliyyətə görə Filologiya elm sahəsinin Azərbaycan dili ixtisası üzrə dosent elmi adı alıb.
Mütəmadi olaraq Respublika və Beynəlxalq elmi konfranslarda iştirak edir, müxtəlif ölkələrdə məqalələri nəşr olunur. 1 dərs vəsaiti, 1 monoqrafiya, 5 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezis müəllifidir.
Filologiya fakültəsində 103 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 8 f.e.d., professor, 32 f.e.d., dosent, 41 baş müəllim, 22 müəllim çalışır. Hazırda fakültədə 16 nəfər elmlər doktoru proqramı, 16 nəfər fəlsəfə doktoru proqramı üzrə elmi işlə məşğul olur.  
Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 1142 nəfər bakalavriat (978 əyani, 164 qiyabi) və 24 nəfər (əyani) magistratura pilləsində təhsil alır. 
Bakalavriat pillə üzrə ixtisaslar: 
-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 
-Filologiya (Azərbaycan dili və ədəbiyyatı) 
-Psixologiya 
-Məktəbəqədər təhsil 
-İbtidai sinif müəllimliyi 
-Xarici dil müəllimliyi (dillər üzrə) 
-Təhsildə sosial-psixoloji xidmət 
-Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, saz) 
Magistratura pilləsi üzrə ixtisaslar və ixtisaslaşmalar 
Filologiya ixtisasının 
-Azərbaycan dili 
- Azərbaycan ədəbiyyatı 
-Ədəbiyyatşünaslıq ( Avropa ölkələri ədəbiyyatı) 
-Ədəbiyyatşünaslıq (Türk xalqları ədəbiyyatı) 
-Dilşünaslıq (ingilis dili üzrə) ixtisaslaşmaları 
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 
-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşması 
Psixologiya ixtisasının 
-Uşaq və yaş psixologiyası 
-Ümumi psixologiya ixtisaslaşmaları 
-Məktəbəqədər təlim və tərbiyə ixtisasının 
Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası ixtisaslaşması 
Pedaqogika ixtisasının 
Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması 
Doktorantura (fəlsəfə doktoru üzrə) pillə üzrə ixtisaslar: 
-Azərbaycan dilçiliyi 
-Azərbaycan ədəbiyyatı 
-Dünya ədəbiyyatı 
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri: 
-Müasir Azərbaycan dilinin və ədəbiyyatının qaynaqları, təşəkkül və inkişaf qanunauyğunluqları; 
-Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətləri; 
-Azərbaycan dilinin onomologiyası və nitq mədəniyyətinin inkişafı; 
-Xarici dillərin (ingilis və alman) tədrisi problemləri, müqayisəli dilçilik, dünya ədəbiyyatı; 
-Rus dilinin tədrisi məsələləri, müqayisəli tipoloji dilçilik, rus ədəbiyyatı. 
 

 

Filologiya fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az