Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Dissertasiya şuraları
Dissertasiya şuraları
Sumqayıt Dövlət Universitetində aparılan məqsədyönlü işlər, həyata keçirilən bir sıra layihələr, tətbiq olunan yeniliklər təhsil tarixində özünəməxsus yer tutur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün strateji sahələrində olduğu kimi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarmışdır. Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə işlər yüksək səviyyədə aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildə universitetin tarixində ilk dəfə olaraq Sumqayıt Dövlət Universiteti nəzdində 3337.01 – “İnformasiya – ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” və 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün FD.02.193 - Dissertasiya Şurası yaradılmış və müvəffəqiyyətlə fəaliyyət göstərmişdir.
Bu uğurun davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 27.12.2019- cu il tarixli (protokol 14-R) qərarı ilə Sumqayıt Dövlət Universiteti nəzdində 6 ixtisas üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya Şuraları yaradılmışdır: FD2.23 Dissertasiya şurası (2306.01 – “Üzvi kimya”, 2314.01 – “Neft kimyası” ixtisasları üzrə) və FD 2.25 Dissertasiya Şurası (3337.01 –“İnformasiya-ölçmə və idarəetmə sistemləri”, 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə).
Qeyd olunan dissertasiya şuralarının fəaliyyət müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15 mart 2024-cü il tarixli (№3-50/3-1-1-65/2024) qərarı ilə Sumqayıt Dövlət Universitetinin nəzdində 5706.01 – “Azərbaycan dili” və 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisasları üzrə Filologiya elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün, qeydiyyat nömrəsi FD2.24 olan Dissertasiya Şurası yaradılmışdır. 
 
FD 2.24 Dissertasiya Şurasının tərkibi: 5706.01- “Azərbaycan dili” ixtisası üzrə
1.
Bayramov Astan Əhmədxan oğlu 
(sədr müavini)
filologiya elmləri doktoru, professor
2.
Eminli Böyükxanım İbrahim qızı
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
 
3.
Hacıyeva İlhamə Həbib qızı
filologiya elmləri doktoru, professor
 
4.
Məmmədov Ramazan Salam oğlu 
filologiya elmləri doktoru, professor
 
5.
Paşayeva Günel Baxşeyiş qızı
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
 
6.
Rüstəmov Əzəmət Murtuza oğlu
filologiya elmləri doktoru, dosent
 
5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 
 
1.
İsgəndərova Nigar Vəliş qızı
(sədr müavini)
filologiya elmləri doktoru, dosent
 
2.
Rəfiyeva Afət İlyas qızı (elmi katib)
filologiya elmləri üzrə fəlsəfə doktoru
 
3.
Həmzəyeva Sevinc Səyyad qızı
filologiya elmləri namizədi, dosent
 
4.
Hüseynova Arzu Hüseyn qızı 
 
filologiya elmləri doktoru, dosent
5. Məmmədova Törə Kamal qızı filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
 6.
Nəcəfova Mərziyyə Allahyar qızı
filologiya elmləri doktoru, dosent
  
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az