Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tarix və coğrafiya | Tarix və onun tədrisi metodikası
Tarix və onun tədrisi metodikası
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29.03.2017-ci il tarixli (06 saylı protokol) qərarına əsasən fakültələr üzrə aparılan struktur dəyişikliyinə uyğun olaraq, Qədim dünya və orta əsrlər tarixi kafedrası Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrası ilə birləşmiş, Tarix və onun tədrisi metodikası kafedrası yaranmışdır. Tarix və onun tədrisi metodikası kafedrasına dosent Məhərrəmova Sona Səbəddin qızı rəhbərlik edir.
Kafedrada 1 professor, 6 dosent, 2 nəfər tarix üzrə fəlsəfə doktoru baş müəllim, həmçinin 4 nəfər baş müəllim və 2 nəfər müəllim fəaliyyət göstərir.
Kafedranın tərkibi aşağıda göstərilən əməkdaşlardan ibarətdir:
1. Məhərrəmova Sona Səbəddin qızı – kafedra müdiri, 0.5 şt. dosent
2. Əhmədov Rüstəm Vəli oğlu – dosent
3. Kərimli Samir Səlim oğlu – dosent
4. Həsənov Yusifəli Lətif oğlu – dosent
5. Həsənov Hacı Nuru oğlu – 0.5 şt. professor
6. Məmmədov Ənvər Fəttah oğlu – 0.5 şt. dosent
7. Şəfiyeva Əfşan Heydər qızı – 0.5 şt. dosent 
8. Məmmədova Samirə İsgəndər qızı – t.f.d., baş müəllim
9. Əliyeva Leyla Elxan qızı – t.f.d., baş müəllim
10. Abdullayev Nofəl Mahmud oğlu – baş müəllim
11. Əsədova Aytən Vaqif qızı – baş müəllim
12. İsmayılov Şamil Muxtar oğlu – baş müəllim
13. Əhmədova Şəhla Müzəffər qızı ‒ baş müəllim
14. Cəlalzadə Bənövşə Mehdi qızı – müəllim
15. Rzayeva Gülnar Şəmşəddin qızı – müəllim
16. Vəliyeva Dürdanə Mübariz qızı – böyük laborant
17. Muradova Qismət Şahin qızı – böyük laborant
18. Babayeva Kəmalə Şakir qızı ‒ laborant
Kafedrada 8 magistrant elmi işlə məşğul olur.
Tədris olunan fənlər
Bakalavriat pilləsi üzrə fənlər:
1. Amerika tarixi
2. Antik tarix
3. Antropologiya
4. Arxeologiya
5. Arxeologiya və etnoqrafiyanın əsasları
6. Arxivşünaslıq
7. Asiya və Afrika ölkələri tarixi
8. Avropa tarixi
9. Dünya siyasi tarixi
10. Etnoqrafiyanın əsasları
11. Qafqaz xalqları tarixi
12. Qafqaz tarixi
13. Qədim dünya tarixi
14. Müasir dünya tarixi
15. Orta əsrlər tarixi
16. Osmanlı tarixi
17. Şərq xalqları tarixi
18. Şərq tarixi
19. Tarix təliminin müasir innovativ texnologiyaları
20. Tarixə köməkçi fənlər
21. Tarixin tədrisi metodikası
22. Türk xalqları tarixi
23. Türk xalqları və dövlətlərinin tarixi
24. Türkiyə tarixi
25. Yaxın və Orta Şərq ölkələri tarixi
26. Yeni dövr tarixi
27. Yeni tarix
Magistratura pilləsi üzrə fənlər:
1. ABŞ-ın xarici siyasətində Yaxın Şərq problemi
2. Avropa ölkələrinin xarici siyasətində Yaxın Şərq problemi
3. Avropa və Amerika ölkələrinin müasir dövründə beynəlxalq münasibətlər
4. Avropa və Amerika ölkələrinin yeni dövründə beynəlxalq münasibətlər
5. Avropa və Amerikanın yeni və ən yeni tarixi, onun predmeti və əsas problemləri
6. Azərbaycan ABŞ-ın xarici siyasətində
7. Azərbaycan Avropa ölkələrinin beynəlxalq münasibətlər sistemində
8. Beynəlxalq təşkilatlar tarixi
9. I Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
10. II Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
11. Müasir beynəlxalq münasibətlərin aktual problemləri
12. Müasir dövrdə tarix təliminin təkmilləşdirilməsi yolları,vasitələri və üsulları
13. Tarix elminin müasir problemləri
14. Tarix fənninin tədrisi metodikası və metodologiyasının müasir problemləri
15. Tarix təlimində elmi dünyagörüşün formalaşması
16. Tarix üzrə sinifdənkənar işlər
17. Tarix və onun tədqiqat üsulları
18. Tarixi sənədlərlə iş və onların əhəmiyyəti
19. Tarixin tədrisi metodikasının tarixi və metodologiyası
20. Tarixin tədrisi metodologiyası və metodikası
21. Tarixin tədrisi prosesində əyanilik və onun növləri
22. Tarixin tədrisində tarixi coğrafiya problemi və onun rolu
23. Tarixin təlimi prosesində müəllim və şagirdlərin fəaliyyəti
24. Tədqiqat üsulları
25. Türk xalqları tarixinin aktual problemləri
26. Türk xalqlarında milli-azadlıq hərəkatlarının yaranması və inkişafı tarixi
27. Türk xalqlarının dövlətçilik tarixi
28. Türk xalqlarının etnogenezinin mənbəşünaslığı və tarixşünaslığı
Kafedranın elmi istiqaməti:
5502.01 - Ümumi tarix   
5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə).
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
Kafedranın əməkdaşları tərəfindən son 5 ildə 5 dərs vəsaiti, 10 monoqrafiya, 40-dan çox fənn proqramı, 2 metodik vəsait, 400-dən çox məqalə və tezis (onlardan70-dən çoxu xaricdə olmaqla) nəşr olunmuşdur. Kafedra əməkdaşları 27 bakalavriat, 24 magistratura səviyyəsi üçün fənn sillabusları hazırlamışdır.
Kafedra əməkdaşlarının AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti ilə elmi əlaqələri var.
Beynəlxalq əməkdaşlıq əlaqələrində kafedra əməkdaşlarının Berlin Freien Universitetinin dosenti Matthias Dornfeldt (phd., dosent), Almaniyanın Leybnits İnstitutunun professoru Natalia Qaqarina (Pd., dr.), Türkiyənin Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı professor İbrahim Ethem ATNUR ilə, Türkiyənin Qaziantep Universiteti, Qazaxstanın Əl-Fərabi Qazax Milli Universiteti, Dağıstan Dövlət Universiteti, Türkiyənin Hacettepe Universiteti, Qazi Universiteti, Sakarya Universiteti, Bülent Ecevit Universiteti, İngiltərənin Middlesax Universiteti, Rusiyanın Severo Kafkaz Universiteti, Kuban Dövlət Universiteti, Ufa Universiteti, Macarıstanın Debrecen Universiteti, Belarusiyanın Baranovich Dövlət Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Polşanın Lodz Universiteti, Rezskow Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur.
Təltiflər:
Dosent S.S.Məhərrəmova Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Dosent H.N.Həsənova Nazirlər Kabinetinin 25 may 2012-ci il tarixli qərarına əsasən Elm sahəsində “Respublika Dövlət mükafatı laureatı” fəxri adı verilmişdir.
Dosent R.V.Əhmədov uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə 05 oktyabr 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Dosent S.S.Kərimli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5 oktyabr 2016-cı ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilib. 05 oktyabr 2021-ci ildə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Baş müəllim N.M.Abdullayev gənc nəslin təlim-tərbiyəsində fəaliyyətinə və universitetin ictimai işlərində yaxından iştirakına görə 5 oktyabr 2014-cü ildə Beynəlxalq Müəllimlər Günü münasibətilə universitet rəhbərliyi tərəfindən Fəxri fərmanla, həmçinin səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 29 iyun 2022-ci il tarixli Sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur.
Baş müəllim A.V.Əsədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2023-cü ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Baş müəllim Ş.M.Əhmədova səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 07 mart 2019-cu ildə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Müəllim B.M.Cəlalzadə 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2022-ci il tarixli sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az