Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Dil və Tərcümə Mərkəzi
Dil və Tərcümə Mərkəzi
Dil və Tərcümə Mərkəzi Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının “03” may 2023-cü il tarixli qərarına (protokol № 08) əsasən yaradılmışdır. Filologiya fakültəsi Xarici dillər kafedrasının baş müəllimi Məmmədova Jalə Eldar qızı 17.05.2023-cü il tarixindən, K-22/2 əmrə əsasən Dil və Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.
Məmmədova Jalə Eldar qızı bakalavr pilləsini 1999-2003-cü illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə (ingilis dili) ixtisası üzrə, 2003-2006-ci illərdə həmin universitetin Dilşünaslıq (ingilis-dili) ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter Dilçiliyi şöbəsinin doktorantıdır, "Sözlərin elektron lüğətlərdə təqdimi  və izahı prinsipləri" adlı elmi-tədqiqat mövzusu üzərində işləyir. Yerli və xarici indeksli elmi jurnallarda dərc edilmiş 38 tezis və elmi məqalələrin müəllifidir. Bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak edib.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdaılardır:
1. Universitetin Strateji inkişaf planında tələbələrin və müəllimlərin mobilliyinin təmin edilməsi, xarici dil biliklərinin qiymətləndirilməsi istiqamətində tədbirlərin görülməsi;
2.Universitetin rəsmi saytında (sdu.edu.az) yerləşdirilməsi nəzərdə tutulan məlumatların tərcüməsi və korrektəsi;
3. SDU-nun professor-müəllim heyətinin və tələbələrin xarici dil səriştələrinin artırılması məqsədilə onların kurslarda iştirakını təşkil etmək; 
4. SDU-nun professor-müəllim heyətinin və tələbələrin xarici dil biliklərini müəyyən edən beynəlxalq sertifikatlı kurslarda iştirakını təmin etmək, dil biliklərinin diaqnostik qiymətləndirilməsi, sertifikatlaşdırılması istiqamətində tədbirlər görmək;
5. SDU-nun professor-müəllim heyətinin və universitetin müəllimlik ixtisasında təhsil alan tələbələrin müasir metodki təlimlərdə ənənəvi və ya məsafədən iştirakını təşkil etmək;
6. Mərkəzin dil kurslarında iştirak edən tələbələrin beynəlxalq konfranslarda, yarışlarda, olimpiadalarda iştirakını təmin etmək;
7. Universitetin müxtəlif fakültələrindən xarici dil bilgisi olan ixtisaslaşmış kadrların ustad dərslərini (masterclass) təşkil etmək;
8. Bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl təşkilatlarla, həmçinin xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az