Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Rektorun müşaviri
Rektorun müşaviri
Könül Abaslı, 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr təhsili almışdır. 2007-2009-cu ildə eyni universitetdə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili almışdır. Həm bakalavr, həm də magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Türkiyə hökumətinin təqaüd proqramını qazanaraq 2013-2018-ci illərdə Hacettepe Universitetində Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili almış, təhsilini yüksək müvəffəqiyyət sertifikatı ilə tamamlayaraq fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25.01.2023-cü il tarixli qərarı ilə pedaqogika üzrə (5802.01-Təhsilin təşkili və planlaşdırılması) fəlsəfə doktoru elmi dərəcəsi Azərbaycanda tanınmışdır.
Müxtəlif illərdə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) həyata keçirdiyi ümumtəhsil müəssisələrinin pilot akkreditasiyası layihəsinə rəhbərlik etmişdir. Bundan əlavə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və müxtəlif nazirliklərin benefisiarı olduğu texniki dəstək layihələrində təhsil və biznesin inkişafı və kurikulum sahəsində yerli ekspert kimi fəaliyyət göstərmişdir.
2019-cu ildən müxtəlif ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində tədris aparmış və magistr tələbələrinin dissertasiya işlərinə elmi rəhbərlik etmişdir. 2021-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2023-cü ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifəsini icra etmişdir. 03.11.2023-cü il tarixindən Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur.
“Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. Təhsillə əlaqəli 7 beynəlxalq konfransda çıxış etmişdir. 6 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az