Vəzifə haqqında məlumat
Vakansiyanın adı: Şöbə müdiri
Struktur bölmə: İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Elanın bitmə tarixi: 25.10.2024
Müəssisə: Sumqayıt Dövlət Universiteti
Ştat: 1
Ünvan: Sumqayıt ş. 43-cü məhəllə, Bakı küç.1
Müqavilənin növü: Müddətli
Əmək haqqı: Müsahibə əsasında
İş rejimi: 5 günlük iş rejimi
İş stajı: sahə üzrə ən azı 5 il iş təcrübəsi.
Sığorta: Tibbi
Təhsil : Müvafiq sahə üzrə bakalavr, magistr elmi dərəcəsi olanlara üstünlük verilir.
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməlidir.
Tələblər:
• Universitetin marketinq tələblərini müəyyən etmək, strategiyaları hazırlamaq və tətbiqini həyata keçirmək;
• Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək;
• Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görmək, materialların gündəlik monitorinqini aparmaq;
• Press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq;
• İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrini hazırlanmaq;
• Şöbənin fəaliyyətinin təşkili və komanda işinin səmərəli icrasını təmin etmək;
• Mətbuat xidmətinin işinin qurulması və mətbuat materiallarının hazırlanmasına nəzarət etmək;
• Jurnalistika, SMM, PR və reklam sahələrində geniş təcrübəyə malik olmaq.
Sertifikat tələbləri: Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.
Bilməlidir:
• elm və təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
• Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının qərarlarını, əmr və sərəncamlarını;
• ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
• ali məktəb pedaqogikasını və psixologiyasını;
• müəllim-tələbə münasibətlərinin əsaslarını.
CV-lərinizi hr@sdu.edu.az ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində "İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri " yazmağı unutmayın.
Son müraciət tarixi: 25.10.2024