SDU-nun 12.12.2014-cü il tarixli qərarına əsasən Xarici dil (humanitar fakültələr üzrə), Xarici dil (təbiət və texniki fakültələr üzrə) və Rus dili kafedraları birləşdirilərək Xarici dillər kafedrası adlandırılmışdır. Kafedraya həmin ildən professor İsgəndərova Nigar Vəliş qızı rəhbərlik edir.
Kafedrada 2 professor, 4 elmlər namizədi, dosent, 13 baş müəllim, 12 müəllim çalışır.
Kafedra əməkdaşlarının adları və vəzifələri:
1. İsgəndərova Nigar Vəliş qızı - 0,5 şt. professor, kafedra müdiri
2. Məmmədov Ramazan Salam oğlu – professor – məsələhətçi
3. Nəcəfova Şəfiqə Yusif qızı –dosent, fil.e.n.
4. Yunusova Şölə Əsəd qızı –dosent,fil.e.n.
5. İsgəndərova Könül Yaşar qızı - dosent.,ped.ü.f.d.
6. Behbudova Esmira Şəfa qızı- 0,5 şt. dosent, fil.ü.f.d.
7. Kərimova Dilarə Abuzər qızı - baş müəllim
8. Səfərova Sevda Qabil qızı - baş müəllim
9. Sədrəddinova Tahirə Nəriman qızı –baş müəllim
10. Xəlilova Səadət İxtiyar qızı - baş müəllim
11. Əhmədova Zeynəb Qasım qızı – baş müəllim
12. Quliyeva Təranə Ələsgər qızı - baş müəllim
13. Musayeva Əminə Tabagül qızı– baş müəllim
14. Abbasova Natavan Bəkir qızı - baş müəllim
15. Abdullayev Alik Nəriman oğlu - baş müəllim
16. Məmmədova Arzu Edil qızı - baş müəllim
17. Yəhyayeva Kəmalə Yəhya qızı – baş müəllim
18. Məmməd İlhamə Avtandil qızı - baş müəllim
19. Məmmədova Jalə Eldar qızı – 0,5 şt. baş müəllim
20. İbrahimov Rüfət Məmməd oğlu - müəllim
21. Bünyatova Aytən Bəxtiyar qızı - müəllim
22. Vəliyeva Sevil Vəzirxan qızı - müəllim
23. Vəliyeva Həqiqət Şamxal qızı - müəllim
24. Xanlarova Aynurə Şöhrət qızı - müəllim
25. Vəliyeva Günel İsmail qızı- müəllim
26. Heydərova Lamiə Əli qızı - müəllim
27. Rzayeva Samirə Murtuza qızı – müəllim
28. Qocayeva Ləman Şahmar qızı - müəllim
29. Murtuzayeva Günay Məhbuz qızı – müəllim
30. Hüseynova Gülnar Möhkəm qızı – müəllim
31. Əlizadə Rəna Bahadur qızı – 0,5 müəllim
Kafedrada 7 dissertant və 4 doktorant elmi-tədqiqat işi üzərində çalışır
Tədris olunan fənlər:
Bakalavriat pilləsi üzrə:
Bütün ixtisaslarda
Xarici dildə işgüzar və akademik kommunikasiya (ingilis, rus)
İxtisasyönümlü xarici dil (ingilis, rus) (Tarix və Politologiya ixtisasında)
050121 – Xarici dil müəllimliyi ixtisasında
Xarici dilin kommunikativ qrammatikası (ingilis dili)
Xarici dilin kommunikativ fonetikası (ingilis dili)
Xarici dil bacarıqları (ingilis dili)
Xarici dilin tədrisi metodikası (ingilis dili)
Xarici dilin leksikologiyası (ingilis dili)
İbtidai sinifdə ingilis dilinin tədrisi metodikası.
Xarici dilin üslubiyyati (ingilis dili)
Xarici ölkə ədəbiyyatı (İngiltərə)
Ölkəşünaslıq (Böyük Britaniya, ABŞ)
Dilçiliyə giriş (ingilis dili)
Seçmə fənlər
İngilis dilinin tarixi
İbtidai sinifdə ingilis dilinin tədrisi metodikası
İngilis dilində dövrü ədəbiyyatın oxu prinsipləri
Orta məktəbdə əlavə oxunun tədrisi
Tərcümənin nəzəriyyəsi və praktikası
Orta əsrlərdə ingilis dili və ədəbiyyatının təşəkkülü
İngilis dilinin tarixi qrammatikası
Azərbaycan mədəniyyəti ingilisdilli mənbələrdə
İngilis dilində leksikoqrafiyanın tarixi və sözyaradıcılığı
İngilis dilinin tədrisində linqvomədəni aspektlər
İngilis dilinin elektron tədrisində mobil və elektron resursların inkişafı
Müasir ingilis dili və nitq mədəniyyəti
ABŞ ədəbiyyatında Şərq mövzusu
Müxtəlifsistemli dillərdə frazeoloji vahidlərin transformasiyası
060121 - Dilşünaslıq (ingilis dili) Magistratura pilləsi üzrə
Dilşünaslığın müasir problemləri
Dilşünaslığın tarixi və metodologiyası
Fonetika və fonologiya (ingilis dili)
İxtisas dilinin leksik-semantik sistemi (ingilis dili)
Morfologiya
Mətn diskursu
İxtisas dilinin üslubiyyatı (ingilis dili)
Psixolinqvistika
İxtisas dilinin frazeologiyası (ingilis dili)
Praqmatikanın əsasları
Linqvistikanın predmeti
Dil və cəmiyyət
Tərcümənin problemləri
Tədqiqat üsulları
Xarici dil (rus dili)
Üslubiyyat
Kafedranın elmi istiqamətləri:
Müqayisəli və tarixi-tipoloji dilçilik
Dünya ədəbiyyatı
Kafedranın son illərdəki elmi nəşrləri:
Kafedra üzrə 4 monoqrafiya, 5 dərs vəsaiti, 530 məqalə və tezis respublikanın və xarici ölkələrin nüfuzlu jurnallarında nəşr edilmişdir, 20 fənn proqramı nəşr olunmuşdur. Onların arasında son illərin nəşrləri: prof. N.V.İsgəndərova “XVIII-XIX əsrlər Amerikan ədəbiyyatında Şərq mövzusu” (rus dilində) /N.İsgəndərova. - LAP Lambert Academic Publishing, - 2017. -320 s.; İsgəndərova N., Kərimova D.,Əhmədova Z., Xəlilova S., Yəhyayeva K. Ali məktəb tələbələri üçün İngiliscə -Azərbaycanca – Rusca Müxtəsər Frazeoloji Lüğət (dərs vəsaiti).Sumqayıt,- 2022. – 281 s.; İsgəndərova K.Y. Stylistics: A Learner Reference Book/ K.İsgəndərova Sumqayıt, - 2023. -167s.; İsgəndərova N.V. A History of the English Language/ N.İsgəndərova, - Sumqayıt, - 2024. – 216 s.
Əlaqələri:
Kafedra əməkdaşlarının AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Neft Akademiyası, Ali Neft Məktəbi ilə əməkdaşlıq əlaqələri vardır. Eyni zamanda Kazan Dövlət Energetika Universiteti ilə sıx əlaqələri var (birgə konfranslar, vebinarlar, tələbələrin olimpiadaları).
SDU-nun nəzdində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini təşkili üçün FD 2.24 Dissertasiya şurası 5706.01 – Azərbaycan dili və 5716.01- Azərbaycan ədəbiyyatı ixtisasları üzrə fəaliyyət göstərir. Dissertasiya şurasına sədrliyi prof. Nigar İsgəndərova edir. prof. Ramazan Məmmədov həmin şuranın üzvüdür.
Kafedrada çoxsaylı beynəlxalq layihələr həyata keçirilmişdir. Prof. N.İsgəndərova 8 beynəlxalq layihənin müəllifi və koordinatoru ollmuşdur. Onlardan, ABŞ Departamentinin Fulbrayt proqramı ilə “Visiting scholar” (2014), “English Teacher Assistant” (2015, 2016, 2018 və 2024-cü illər) və s.
Təltiflər:
SDU-nun 50-illik yubileyi münasibətilə:
1. Prof. Məmmədov Ramazan Salam oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2012;
SDU-nun 55-illik yubileyi münasibətilə:
1. Prof. Məmmədov Ramazan Salam oğlu – Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı, 2017
2.Prof. İsgəndərova Nigar Vəliş qızı –Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2017
SDU-nun 60-illik yubileyi münasibətilə:
1. Nəcəfova Şəfiqə Yusif qızı- dosent, fil.e.n. –Elm və Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2022
2. Səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai həyatında fəal iştirakına görə və universitetin 60 illik yubileyi münasibətilə bir qrup müəllim SDU-nun rektorunun Fəxri fərmanı, Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və s. mükafatlarla təltif olunmuşdur.