Pedaqogika və psixologiya kafedrası
Pedaqogika və psixologiya kafedrası 25 dekabr 1997-ci ildə yaradılmışdır. 1997-ci ildən 2001-ci ilədək fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ceyhun Həsən oğlu Məmmədov kafedra müdiri vəzifəsində çalışmışdır. 2001-ci ilin dekabr ayından – 2017-ci ilin may ayına kimi kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Tariyel Məmməd oğlu Məmmədov başçılıq etmişdi. 2017-ci ilin may ayından kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aytəkin Telman qızı Məmmədova rəhbərlik edir.
Dosent Aytəkin Məmmədova “Ə.Seyidovun pedaqoji görüşləri” monoqrafiyasının, “Sosial pedaqogika” adlı metodik vəsaitinin, 50 məqalənin, 20 tezisin müəllifidir, 2016-cı ildən doktorluq dissertasiyası üzərində işləyir.
Filologiya fakültəsinin nəzdində bakalavriat səviyyəsində 2009-cu ildə “Psixologiya”, 2015-ci ildən “Təhsildə sosial-psixoloji xidmət” və 2022-ci ildən “Koreksiyaedici təlim” ixtisasları açılmış və hal-hazırda fəaliyyət göstərir. Pedaqogika və psixologiya kafedrasında bakalavriat səviyyəsi üzrə Psixologiya, Təhsildə sosial-psixoloji xidmət,korreksiya edici təlim, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dili müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Riyaziyyat müəllimliyi, Fizika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Kimya müəllimliyi, Biologiya müəllimliyi və s. ixtisaslarda müxtəlif fənlər tədris olunur. Pedaqogika və psixologiya kafedrasının müəllimləri bakalavriat səviyyəsi üzrə bütün fakültələrdə əlli iki fənn tədris edir: pedaqogika, psixologiyanın əsasları, sosial psixologiya, sosial pedaqogika, eksperimental psixologiya, siyasi psixologiya, pedaqoji psixologiya, ailə psixologiyası və digər fənlər bu qəbildəndir. Universitetin İqtisadiyyat fakültəsi istisna olmaqla, digər fakültələrin hamısında magistratura səviyyəsi üzrə kafedra iki fənnin tədrisini həyata keçirir. 1. Ali məktəb pedaqogikası, 2. Psixologiya.
2018-ci ildən kafedrada 060209 - Ümumi psixologiya, 060117- Məktəbəqədər təlim tərbiyənin metodikası və metodologiyası, 2020-ci ildən 060119- Pedaqogikanın nəzəriyyəsi və tarixi, 2022-ci ildən 060209 - Uşaq və yaş psixologiyası ixtisaslaşması açılmışdır. Bu ixtisaslarda aşağıdakı fənlər tədris edilir:
Ümumi psixologiya ixtisaslaşması üzrə: Şəxsiyyətin psixologiyası, Psixologiyada şüur və şüursuzluq problemi, Azərbaycanda psixoloji fikrin təşəkkülü və inkişaf etdirilməsi, Psixoloji eksperiment nəzəriyyəsi və praktikası və s. Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisaslaşması üzrə: Məktəbəqədər təhsilin tarixi və metodologiyası, Məktəbəqədər yaşlı uşaqlarda təlim və tərbiyə işinin metodikası, Məktəbəqədər müəssisələrdə defektologiya və loqopediya, Məktəbəqədər kurikulum islahatı, Məktəbəqədər təhsilin müasir problemləri və s. Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə: Pedaqogikanın tarixi və metodologiyası, Ümumi pedaqogikanın nəzəri əsasları, Pedaqogikanın tarixi, Sosial pedaqogika, Pedaqogikanın müasir problemləri və s. Pedaqogika və psixologiya kafedrasında Psixologiya ixtisası yarandığı vaxtdan əcnəbi tələbələr təhsil almışdır. Hal-hazırda Psixologiya ixtisasının əyani təhsilində bir nəfər əcnəbi tələbə təhsil alır. Hal-hazırda Pedaqogika və psixologiya kafedrasında 11 nəfər dosent, 8 nəfər baş müəllim, 12 nəfər müəllim ( 1 nəfər fəlsəfə doktorudur), 3 nəfər köməkçi heyət fəaliyyət göstərir. Pedaqogika və psixologiya kafedrasının əməkdaşları tərəfindən Eksperimental psixologiya, Təhsildə psixoloji xidmət, Məktəbəqədər və ibtidai təhsil kabinetləri yaradılmışdır. Bundan başqa 2018-ci ildə pedaqogika və psixologiya kafedrasının əməkdaşları Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, UNİCEF və RİİB təşkilatçılığı ilə həyata keçrilən İnklüziv təhsil layihəsində iştirak etmişdir. Kafedrada “Təhsil sisteminin demokratikləşməsi və humanistləşməsinin elmi, pedaqoji-psixoloji əsasları” üzrə tədqiqat aparılır. Aparılan işlər aşağıdaki istiqamətdə yönəlmişdir: təhsil sisteminin demokratik və humanist prinsiplər əsasında təşkilinin məzmunu və əsas istiqamətləri, Azərbaycan məktəb və pedaqoji fikir tarixində təhsilin demokratikləşməsi və humanistləşməsi ideyalarının pedaqoji-psixoloji aspektləri, demokratik idarəetmə təhsilin humanistləşməsinin pedaqojipsixoloji əsası kimi, təlim-tərbiyə sisteminin demokratikləşməsi və humanistləşməsinin keyfiyyətin təminatında rolu, təhsilin demokratik və humanist prinsiplər əsasında təşkilinin forma və metodları.
Son beş ildə kafedranın 2 nəfər əməkdaşı dissertasiya müdafiə edərək uyğun ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfər dosent attestatını almışdır.Son bir neçə ildə kafedra əməkdaşları tərəfindən 10 dərs vəsaiti, 50 fənn proqramı, 4 monoqrafiya, 180-dən artıq məqalə və tezis, o cümlədən 20-ə qədər elmi məqalə xarici ölkə jurnallarında nəşr olunmuşdur. Kafedra əməkdaşlarının hazırladıqları dərslik, metodik vəsaitlərdən və proqramlardan tədris prosesində digər ali təhsil müəssisələrində də istifadə olunur.”Məktəbəqədər yaşlı uşaqların oyunları” (dos.A.T.Məmmədova, dos.S.A.Kərimova), “İbtidai təhsilin idarə edilməsi” (dos.Ş.Ə.Hüseynov), “Azərbaycanda məktəb və pedaqoji fikrin inkişaf tarixi (XVII-XVIII əsrlər)” (dos.Ş.Ə.Adıgözəlova), “Ünsiyyət və qarşılıqlı münasibətlər psixologiyası” (dos.K.B.Salamova) və s. vəsaitlər buna nümunə ola bilər. 2020-cı ildə kafedra əməkdaşlarının təşəbbüsü ilə “Cəmiyyətə inteqrasiya və sosial adaptasiya: nəzəri və praktik aspektlər” mövzusunda, 2022-ci ildə “Qloballaşma şəraitində müəllim şəxsiyyətinin formalaşdırılmasında pedaqogika və psixologiya elmlərinin yeri və rolu” mövzusunda Respublika Elmi Konfransları keçirilmişdir. Pedaqogika və psixologiya kafedrası Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İnstitutu, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti ilə elmi-pedaqoji əlaqələr saxlayır.