Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fulbright-ETA proqramının mütəxəssisi Daniel Rosenblumun SDU haqqında təəssüratları
Yerləşdirilmə tarixi : 24 Oktyabr 2024 14:11
Fulbright-ETA proqramının mütəxəssisi Daniel Rosenblumun SDU haqqında təəssüratları

ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı çərçivəsində amerikalı mütəxəssis Daniel Rosenblum birillik müddət ərzində Sumqayıt Dövlət Universitetində ingilis dili üzrə müəllim köməkçisi kimi fəaliyyət göstərir. Rosenblum dərslərdə iştirakı universitetdə ingilis dili fənninin tədrisinin keyfiyyətini artırmaq və tələbə, müəllim heyətinin xarici dil bacarıqlarını inkişaf etdirmək məqsədini güdür. Daniel Rosenblum universitetdə olduğu 1 ay müddətində təəssüratlarını belə ifadə edib: “Sumqayıt Dövlət Universitetinə qonaq olmaq mənim üçün çox xoş oldu. Hər kəs məni xoş qarşıladı və universitetin müəllim və tələbə heyəti ilə əməkdaşlıq etməkdən çox məmnunam. Bu cür pozitiv akademik heyətlə ünsiyyətdə olmaq möhtəşəmdir. Fakültənin bütün sahələrdə mükəmməlliyə sadiqliyi hiss olunur və onların tələbələrə bağlılığı məndə xoş təəssürat yaratdı. Akademik heyətin səmimiyyəti ilə yanaşı, insanların xoşniyyəti və qonaqpərvərliyi buradakı təcrübəmi yaddaqalan edir. Əməkdaşlığımızın davamının daha da səmərəli olacağına inanıram.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az