Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Vakansiya
Vakansiya
 
Sumqayıt Dövlət Universiteti
İnformasiya Texnologiyaları şöbəsi üçün “Helpdesk” vakansiyasını elan edir.

Əmək haqqı: Müsahibə əsasında İş qrafiki: həftənin I-V günləri, saat 08:30-dan 17:30-dək İş yeri: Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küç.1

Vəzifə öhdəlikləri:

• İstifadəçilərdən daxil olan İT problemlərinin qeydiyyatını aparmaq və həll etmək;
• Kompüter, printer, şəbəkə və proqram təminatı ilə bağlı texniki dəstək göstərmək;
• Məsələləri araşdıraraq uyğun həll yolları təklif etmək və lazım olduqda müvafiq şöbələrə yönləndirmək;
• Şəbəkə bağlantısı, internet və daxili sistemlərdə yaranan problemləri həll etmək;
• İT avadanlıqlarını quraşdırmaq, sazlamaq və texniki xidmətini həyata keçirmək;
• Problemlərin həll edilməsi ilə bağlı istifadəçilərə təlimat vermək;
• Daxili İT sistemlərinin işlək vəziyyətdə qalmasını təmin etmək və profilaktik tədbirlər görmək;
• Bütün texniki məsələləri sənədləşdirmək və hesabatlar hazırlamaq;
• Printer avadanlıqlarını kompüterlərə tanıtmaq;
• NVR və DVR kamera sistemlərini quraşdırmaq, sazlamaq və problemləri həll etmək;
• Backup sistemlərini idarə etmək;
• ESXi və digər virtualizasiya sistemləri üzrə işlər.

Tələblər:

• Ali təhsilli (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli sahə üstünlükdür);
• İT texniki dəstək sahəsində minimum 1-2 il iş təcrübəsi;
• Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
• Şəbəkə avadanlıqları və protokolları haqqında anlayış;
• Microsoft Office, e-poçt sistemləri və digər ofis proqramları üzrə biliklər;
• NVR, DVR kamera sistemləri və onların idarə edilməsi üzrə təcrübə;
• Backup həlləri (Veeam, Acronis və s.) ilə işləmək bacarığı;
• ESXi və virtualizasiya texnologiyaları haqqında biliklər;
• Mükəmməl problem həll etmə və ünsiyyət bacarığı;
• Öhdəsinə verilmiş tapırığın həlli yollarını axtarmaq və araşdırmaq bacarığı;
• Məsuliyyətli, punktual və komandada işləmək bacarığı.
 
Tələblərə uyğun namizədlər CV-lərini hr@sdu.edu.az elektron poçt ünvanına göndərə bilər. Mövzu hissəsində "Helpdesk" yazmağınız xahiş olunur.
Son müraciət tarixi: 20.04.2025

Qeyd: yalnız ən uyğun namizədlər müsahibəyə dəvət olunacaq
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az