Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Vakansiya aparıcı mütəxəssis
Vakansiya aparıcı mütəxəssis
Sumqayıt Dövlət Universiteti Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsi üçün “Aparıcı mütəxəssis” vakansiyasını elan edir.
 
Şöbənin əsas fəaliyyət istiqamətləri yerli və beynəlxalq təhsil müəssisələri, həmçinin təşkilat və donorlarla əməkdaşlıqların, bu istiqamətdə layihə və təşəbbüslərin idarə edilməsi, koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarət kimi funksiyaları yerinə yetirməkdir.

Namizəd üçün tələblər:

· Bakalavr təhsili;
· Beynəlxalq əməkdaşlıq, layihələrin idarə edilməsi və ya əlaqəli rollarda təcrübə;
· Təşkilatçılıq və vaxtı idarəetmə bacarıqları;
· Araşdırma ("Desk research") və analiz etmə bacarıqları;
· Rəqəmsal bacarıqlar;
· Azərbaycan dili (səlis şifahi və yazılı ünsiyyət), İngilis dili (minimum B1 səviyyəsində), Rus dili (arzuolunandır);
· Analitik və tənqidi təfəkkür bacarığı;
· Kommunikasiya və şəxsiyyətlərarası bacarıqlar;
· İndividual və komanda ilə iş bacarığı;
· Yeniliyə və peşəkar inkişafa açıqlıq.
 
Müsabiqədə iştirak etmək üçün qeyd olunan tələblərə uyğun şəxslərdən CV və ingilis dilində yazılmış motivasiya məktublarını hr@sdu.edu.az elektron poçt ünvanına “Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsi: Vakansiya” başlığı altında göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 17.01.2025
Qeyd: yalnız ən uyğun namizədlər müsahibəyə dəvət olunacaq.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az