Vakansiya
Vəzifə haqqında məlumat
Vakansiyanın adı: baş mühasib Struktur bölmə: Mühasibatlıq Elanın bitmə tarixi: 15.12.2024 Müəssisə: Sumqayıt Dövlət Universiteti Ştat: 1 Ünvan: Sumqayıt ş. 43-cü məhəllə, Bakı küç.1 Müqavilənin növü: Müddətli Əmək haqqı: Müsahibə əsasında İş rejimi: 5 günlük iş rejimi
Sığorta: Tibbi
Namizədə tələblər :
· Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
· MHBS sertifikatı vacibdir
· İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
· Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
· 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
· İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
· Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
Vəzifə öhdəlikləri:
· Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
· Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
· Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək.
· İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək
· Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görmək.
· Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
Bilməlidir:
· Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
· müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; müəssisənin strukturunu, onun prespektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini;
· maliyyə hesablarının forma və qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını; pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
· debitor və kreditorlarla hesablaşma qaydalarını;
· mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
· yoxlanış və sənədli təftişin qaydalarını;
· mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
CV-lərinizi hr@sdu.edu.az ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində "baş mühasib" yazmağı unutmayın.
Son müraciət tarixi: 15.12.2024