Strateji məqsədlər
SDU-nun inkişafının 7 əsas strateji istiqaməti var: Yüksəkkeyfiyyətli təhsil xidmətləri təklif edən təhsil ocağına çevrilmək; elmi-tədqiqat işini sistemləşdirmək: informasiya fəaliyyəti və sosial layihələri ilə fərqlənmək; sahibkar universitet olmaq; beynəlmiləl universitet olmağı hədəfləmək; yüksəkixtisaslı kadrların hazırlanması siyasətini gücləndirmək; yüksək reytinqli universitetə çevrilmək.
Universitetin qarşısında duran strateji vəzifələrin 2025-ci ilə qədər ardıcıl olaraq həyata keçirilməsini təmin etmək üçün “Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Planı (2020-2025)” hazırlanmışdır.