Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Kadrlar
Kadrlar
Minə yaxın əməkdaşı olan universitetin idarə olunması strukturunda kadrlar şöbəsinin özünəməxsus yeri var. Bu şöbə universitetin özü ilə yaşıddır, 50 ildir ki, fəaliyyət göstərir. Əməkdaşların işə qəbul olunması, işdən azad olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi məhz kadrlar şöbəsində öz əksini tapır. Buna görə də kadrlar şöbəsinə daxil olan hər bir sənəd diqqətlə nəzərdən keçirilir və qəbul olunur. Əlbəttə, işçilər, ilk növbədə,fərdi keyfiyyətləri, yüksək peşə hazırlığı nəzərə alınmaqla, işə qəbul olunurlar. Bütün bünlar isə müəyyən vaxt keçdikdən sonra tarixə çevrilir, arxivə verilən ən kiçik bir sənəd də müəyyən mənada universitetin tarixinin bir parçasını təşkil edir.
Kadrlar şöbəsinin formalaşmasında, sözsüz ki, şöbənin müdirləri, mütəxəssis və tabelçiləri böyük əmək sərf etmişlər. Ayrı-ayrı illərdə kadrlar şöbəsinə Şur T.Y., Qasımov Q.M., Rəhimova G.M., Hüseynova E.V., Kusova Q.N., Abbasov X.Ə. rəhbərlik etmişlər.
Vahabova Tacə Abbas qızı, Məmmədova Günay Vəli qızı, və Ağaverdiyeva Mətanət Mirverdi qızı mütəxəssis, Abbasova Qələmnaz Hacıbaba qızı, Əhmədova Qənahət Nəbi qızı tabelçi, Zeyanlova Sveta Tahir qızı isə operator vəzifəsində işləyirlər.
Kadrlar şöbəsinin müdiri vəzifəsində hazırda baş müəllim Nofəl Əhmədov çalışır. O, uzun illərdir ki, universitetin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında elmi-pedaqoji işlə məşğul olur. N. Əhmədov universitetin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir. Əməkhaqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən əməkdaşları qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə nəzarət edir. Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, staj keçməsi məsələlərini həyata keçirir.Vəzifə və ixtisas dərəcələrini artırmaq üçün vaxtaşırı olaraq mütəxəssislərin işgüzarlıq keyfiyyətlərini öyrənir. Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini təmin edir. Kadrlar üzrə inspektorlarla metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı qərar, metodist göstərişlərin bölmə rəhbərliyi tərəfindən icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmiləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumimləşdirir, kadr axıcılığının, üzrsüz işburaxma hallarının səbəblərini və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər hazırlayır, sərbəstləşmiş fəhlə və qulluquçuların işə düzəlməsi üzrə tədbirlər görür, tabel uçotunu, məzuniyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsini təşkil edir.
 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az