Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti uzun illərdir, fəaliyyət göstərir. Universitetin Elmi Şurasının 28 fevral 2014-cü il tarixli (protokol №03) iclasının qərarına və 19.05.2014-cü il tarixli, R-01-26/1 №-li əmrinə əsasən Mətbuat xidməti Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti adlandırılmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkili, universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, təhsil, tədris və elmi nailiyyətlərin yerli media orqanları ilə yanaşı, dünya müstəvisində təbliğini təmin edir, universitetin əməkdaşlarını və tələbələri ali məktəbdə görülən işlər, qarşıda duran vəzifələr haqqında məlumatlandırır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti öz fəaliyyətində “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası  Qanunlarını,  SDU-nun Nizamnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur. İctimai təşkilatlarda, kütləvi informasiya vasitələrində, o cümlədən digər təhsil müəssisələri və ayrı-ayrı vətəndaşlarla əlaqədə universitetin  maraqlarının təmsilçisi kimi çıxış edir. Şöbənin əsas vəzifəsi universitetin elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək; tədris və elmi nailiyyətləri yerli media orqanlarında, saytlarda, televiziya verilişlərində işıqlandırmaq; universitetdə keçirilən tədbirlərlə bağlı press-relizlər hazırlamaq; Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri www.sdu.edu.az saytına yerləşdirmək; universitetin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan və həqiqətə uyğun gəlməyən məlumatlarla bağlı zəruri hallarda universitetin strukturlarının iştirakı ilə cavab hazırlamaq və təhrif olunan halların aradan qaldırılması üçün tədbirlər görür. 
      Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşlarının universitetin rəsmi mətbu orqanı olan “Sumqayıt Universiteti” qəzetinin işıq üzü görməsində xüsusi əməyi var. “Sumqayıt Universiteti” qəzeti 2000-ci ildən etibarən nəşr olunur. Qəzetinin səhifələrində dərc olunan materialların əsas məzmununu universitetdə təhsil alan tələbə və müəllimlərimizin elmi uğurları, universitetdə keçirilən elmi və kütləvi tədbirlər, beynəlxalq konfranslar haqqında, həmçinin ali təhsil müəssisəsində baş verən yenilik və uğurlardan bəhs edən xəbərlər təşkil edir. Gündəlik saytlarda və rəsmi mətbu orqanlarında yayımlanan mühüm xəbərlər “Sumqayıt Universiteti” qəzetində də işıqlandırılır.
Qəzetin fəaliyyəti universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri və “Sumqayıt Universiteti” qəzetinin baş redaktoru Cəlilli Nazxanım Məmməd qızı, müxbir və qəzetin məsul katibi Vəliyeva Fidan Əli qızı, operator Ağayeva Vəsilə Zahid qızı, videooperator Quliyev Rövşən Rövşən oğlu, fotoqraf Həsənov Elçin Xasay oğlu, sdu.edu.az, ssu-scientificnews.edu.az, ssu-conferenceproceedings.edu.az saytları, “Facebook”, “İnstagram”, “Twitter” proqramları üzrə informasiya paylaşımı mühəndis‒proqramçısı Hüseynli Murad Əmirxan oğlu və operator İskəndərova Xəyalə İsa qızının əməyi və məsuliyyəti danılmazdır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az