Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Yarımkeçiricilər və diaelelektriklər fizikası
Yarımkeçiricilər və diaelelektriklər fizikası
Yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyası 2001-ci ildə Azərbaycan Respublıkası Təhsil  Nazirliyinin 267/06 N-li əmrinə əsasən yaradılmışdır. Laboratoriyanın əsas məqsədi “Nadir torpaq elementli mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların alınması, sintezi və monokristallarının yetişdirilmə texnologiyasının işlənib-hazırlanması, fundamental və xarakteristik parametrlərinin təyini, onlarda yük və istilikdaşıma hadisələrinin, neqatron effeklərin tədqiqi və bu materialların tətbiq perspektivlərini müəyyənləşdirməkdir.
Mövcud elmi-tədqiqat laboratoriyasında materialların sintezi, təmizlənməsi, Brijmen üsulu ilə TlInS2(Se2,Te2)-TlLnS2(Se2,Te2)  sistem ərintilərinin monokristallarının yetişdirilməsi, tədqiqat üçün tələb olunan nümunələrin hazırlanması üsulları həyata keçirilir.
Laboratoriyanın fəaliyyəti dövründə qeyd olunan sistemlərin bərk məhlullarının struktur formalaşmasının xüsusiyyətlərini, elektrik, istilik, çeviricilik, elastik xassələrini müəyyənləşdirmək, onlarda yük və istilikdaşıma hadisələrinin mexanizmi öyrənilmişdir.
Bu məqsədlə aşağıdaki məsələləri həll etmək lazım gəlmişdir: TlInS2(Se2,Te2)-TlLnS2(Se2,Te2)sistem ərintirilərinin sintezi və monokristallarının yetişdirilmə texnologiyası işlənib-hazırlanır; tərkibdə lantonoidlərin miqdarından asılı olaraq fiziki-kimyəvi xassəllərin kompleks tədqiqi həyata keçirilir; yarımkeçiricilərin əsas parametrlər: xüsusi elektrikkeçiriciliyinin, termo.-e.h.q-nin, Holl sabitinin, yürüklüyün temperatur asılılıqları tədqiq olunur, istidən xətti genişlənmə və izotermik sıxılma əmsallarının, həmçinin TlIn1-xLnxSx(Se2,Te2) bərk məhlullarında istilikdaşıma hadisələrin və termoelektrik effektivliyinin temperatur asılılıqları tədqiq olunur və bu bərk məhlulların mümkün tədbiq sahələri müəyyənləşdirilir; bərk məhlullarda lantonoid atomlarının nisbi miqdarı artdıqca qadağan zonalarının eni və hal sıxlıqlarının effektiv kütlələri arasında münasibətlərin  korrelyasiyasına  geniş yer ayrılır.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az