Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Fizika və Elektroenergetika
Fizika və Elektroenergetika
Fizika və elektroenergetika fakültəsi 1974-cü ildə Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika fakultəsinin bazasında fəaliyyət göstərmişdir. 1992-ci ildən fakltənin ayrı-ayrımühəndislik ixtisaslarına ayrılması ilə əlaqədar olaraqEnergetika fakültəsi yaradılmışdır. 60 ildən artıq bir dövrdə dərslər əyani və qiyabi şöbələri üzrə tədris olunmuş, Azərbaycan və rus bölmələrində mütəxəssislər hazırlanmışdır.2001-ci ildə Sumqayıt Dövlət Universitetində aparılan islahatlar və struktur dəyişikliyi ilə əlaqədar bir sıra yeni ixtisasların, o cümlədən fizika ixtisasları üzrə də kadr hazırlığına başlanılmışdır. Buna görə fakültənin adı ixtisaslara uyğun dəyişdirilərək Fizika və elektroenergetika fakültəsi adlandırılmışdır.
Fakültədə bu günə kimi minlərlə mütəxəssis hazırlanmış və bu mütəxəssislər    Azərbaycanda, həm də xarici ölkələrdə yüksək peşəkarlıqla fəaliyyət göstərirlər. Fizika və elektroenergetika fakültəsinin axşam şöbəsi üzrə ilk dekanı 1968−1974-cü illərdə AMEA-nın müxbir üzvü, prof. F.İ. Məmmədov olmuşdur. Fakültənin ondan sonrakı dekanı vəzifəsində Rəna Bəhramqızı Dadaşova (1974−1976) çalışmışdır. Sonrakı illərdə fakültəyə dos.V.A.Balayev (1976−1984), prof.Ş.D.İbrahimli (1984-1992), dos.İ.Ə.Ələsgərli (1992-1995), dos.A.B.Əmrəliyev (1995-2000) və dos.V.Q.Səttarov (2000-2014) rəhbərlik etmişlər.
Fakültəyə 2014-cü ilin aprel ayından SDU-nun məzunu olmuş dos. Tamella Əhməd qızı Əhmədova rəhbərlik edir. Dos. T.Ə.Əhmədova SDU-da müxtəlif vəzifələrdə çalışmışdır. O, 70-dən çox məqalə və tezisin, 4 dərs vəsaitinin, 5 metodik göstərişin və 2 ixtiranın müəllifidir. SDU-nun yetirmələrindən biri olan T.Əhmədova təhsilin inkişafında səmərəli xidmət göstərmiş və 2017-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Son illər fakültədə 4 yeni laboratoriya (Fizika elektronika, Bərk cisim elektronikası, İstilik energetikası və Enerji maşınqayırması) yaradılmışdır. Yarımkeçiricilər fizikası, Elektroenergetika-1, Elektroenergetika-2, Elektroenergetikanın əsasları, Elektrotexnika və ölçmə texnikası laboratoriyaları isə tamamilə yeniləşdirilərək müasir avadanlıqlarla, yeni cihazlarla təchiz olunmuşdur.    
2013-2014-cü tədris ilində fakültədə İstilk energetikası mühəndisliyi, 2015-2016-cı tədris ilində isə Enerji maşınqayırması mühəndisliyi ixtisasları açılmışdır. Hazırda burada 7 ixtisas üzrə (Fizika, Fizika müəllimliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Elektrik mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi) bakalavr hazırlığı həyata keçirilir. Magistratura səviyyəsində isə 11 ixtisaslaşma üzrə (Elektik təchizatı (sahələr üzrə), Sənaye qurğularının və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı, Elektroenergetika, Elektrik şəbəkə və sistemləri, Yüksək gərginliklər texnikası və fizikası, Fizika fənninin tədrisinin metodikası və metodologiyası, Yarımkeçiricilər fizikası, İstilik fizikası və molekulyar fizika, Yarımkeçirici cihazlar və mikroelektronika, Atom və molekul fizikası, İstilik elektrik stansiyaları) magistrlər hazırlanır.
Hazırda fakültədə 3 nəfər elmlər doktoru, professor, 29 nəfər elmlər namizədi, dosent, 6 nəfər baş müəllim, 8 nəfər assistent, 4 nəfər tütor və 21 nəfər tədris-köməkçi heyəti çalışır. İxtisasdan asılı olaraq əyani və qiyabi formada 4 doktorant və 3 dissertant , elmlər doktoru proqramı üzrə isə 3 doktorant elmi işlə məşğul olur.
Fakütədə tədris əyani və qiyabi formada aparılır.
Fakultdə   716 nəfər: onlardan 664 nəfər bakalavr(401nəfər əyani,176 nəfər qiyabi,87 nəfər kontingentdə qalan) və 52   nəfər magistrant (50 nəfər əyani və 2 nəfər kontingentdə qalan) təhsil alır.
Fakültə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA-nın Fizika İnstitutu ilə, o cümlədən xarici ölkə universitetləri: Ufa Dövlət Neft Texniki Universiteti, Kazan Dövlət Energetika Universiteti, Belarus Dövlət Universiteti, Belarus Elmlər Akademiyasının Bərk Cisim və Yarımkeçiricilər Fizikası İnstitutu, Kazan MilliTədqiqat Texniki Universiteti, Pskov Dövlət Universiteti, Sankt-Peterburq Texniki Universiteti, Atırau Dövlət Neft və Qaz Universiteti, Voronej Meşə Texniki Universiteti və digər ali məktəblərlə əməkdaşlıq edir.
Son illərdə həyata keçirilən layihələr, aparılan məqsədyönlü tədbirlər nəticəsində fakültənin inkşafı daha da sürətlənmiş, xarici əlaqələri genişlənmişdir.
13 dekabr 2019-cu il tarixində Elektroemexanika kafedrasının müdiri dos. T.K.Hüseynov Kazan Dövlət Energetika Universietinin tələbələri və gənc alimləri qarşısında icmal mühazirə ilə cıxış etmiş, dos N.M.Hacıbalayev (2019) və dos Ş.H.Məmmədov (2018) Kazan Dövlət Energetika Universitetinin tələbələrinə məharət dərsləri keçmişlər.
Elektrotexnika və energetika və Elektromexanika kafedralarının 5 nəfər müəllimi xarici dövlət universitetlərində ixtisasartırma kurslarında olublar.
Fakültənin tələbələri universitetlərarası imzalanmış müqavilə çərçivəsində 2019-2020-cu illərdə istehsalat təcrübələrini Kazan Dövlət Energetika Universitetinin bazasında keçirmişlər.
Son 5 ildə fakültə əməkdaşları tərəfindən 530-dan çox məqalə və tezis, 4 monoqrafiya, 37 dərs vəsaiti və digər tədris vəsaitləri çap olunmuşdur. 25-dən artıq məqalə impact faktorlu jurnallarda nəşr olunmuşdur.
Fakültədə 20 tədris laboratoriyası var. Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasınin nəzdində Yarımkeçiricilər və dielektriklər fizikası ETL ( Bu laboratoriya 2001-ci ildə Təhsil Nazırliyinin 276/06 saylı əmrinə əsasən yaradılmışdır), Elektrotexnika və energetika kafedrasının nəzdində Elektroenergetikanın müasir problemləri ETL-I (Bu laboratoriya isə Azərbaycan Respublikası Təhsil Nazırliyinin K02-23/02 saylı əmri ilə yaradılmışdır) fəaliyyət göstərir
Fakültənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımlar atılmış, auditoriyalar müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müasir texnologiyalara cavab verən 2 kompüter otağı istifadəyə verilmişdir. Yeni laboratoriyalar Elektrik mühəndusliyi, Elektroenergetika mühəndisliyi, Fizika və Fizika müıllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarına yiyələnməsi üçün nəzərdə tutulmuşdur.
Elektrik maşınları, elektrik intiqalı, elektrik qurğularının istismarı və təmiri, elektrik və elektron aparatları fənnindən laboratoriya işlərini yerinə yetirmək üçün universitet daxilində hazırlanmış stendlərdən, Eletrik maşınlarının əsasları və Güc elektronikası və elektrik avdanlığın qidalandırılması fənlərindən isə - Almaniyanın Leybold Didactic firmasının məhsulu olan stendlərdən istifadə olunur. Xüsusi videoqurğu və proqram təminatlı kompüter dəsti ilə təchiz olunmuş tədris studiyasından mühazirələrin hazırlanması üçün istifadə edilir. Fakültədə müəssisələrdə 3 kafedranın filialları yaradılmışdır. Elektromexanika kafedrasının filialı Azərişıq ASC-də,Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası ilə Elektrotexnika və energetika kafedralarının filialları isə Azərenerji ASC Şimal RETCİ-də fəaliyyət göstərir. Elektromexanika kafedrasında bəzi fənlərdən laboratoriya işləri Azərişıq ASC-nin filialında keçirilir. Fakultənin tələbələri istehsalat təcrübəsini də həmin müəssisələrdə keçirlər.
Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bu laboratotiyalardan başqa, universitetin həyətində açıq səma altında Elektroenergetikanın tədris muzeyi və tədris poliqonu(110 kV-luq yarımstansiya) yaradılmışdır.
Son bir neçə ildə keçiricilən beynəlxalq və respublika elmi konfransları, dəyirmi masa, vebinar və seminarlar aktuallığı və müasir məzmunu ilə diqqəti cəlb edir.
2015-ci ildə “Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri ” mövzusunda, 2018-ci ldə “Tətbiqi fizika və energetikanın aktual məsələləri” adlı Beynəlxalq elmi konfrans (24-25 may), 2019-cu ildə xarici qonaqların iştirakı ilə “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” adlı 1-ci Respublika elmi konfransı(30-31 may), 2020-ci ildə “Tətbiqi fizika və energetikanın aktual məsələləri” adlı II Beynəlxalq, 2021-ci ildə “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda 2-ci Respublika elmi konfransları(30-31 may) keçirilmişdir.
Beynəlxalq elmi konfranslarda ölkəmizin görkəmli alimləri ilə yanaşı, Rusiya,Koreya, Belorusiya,Özbəkistan, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Türkiyə, Ukrayna və başqa xarici ölkələrin tanınmış elm adamları da iştirak etmişdir.
Fakültə əməkdaşları bir çox beynəlxalq elm və təhsil sərgilərində stendlərlə iştirak etmiş,11-13 oktyabr 2018-ci ildə Bakı şəhərində keçirilən Beynəlxalq Təhsil sərgisində sertifikat almışlar.
Fakültənin bir çox məzunu ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak edir, müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışırlar.
2017-ci ilədək fakültədə 7 kafedra fəaliyyət göstərmişdir.
Aparılan islahatlar və struktur dəyişiklikləri nəticəsində hazırda fakültədə 4 kafedra fəaliyyət göstərir:
1. Fizika və onun tədrisi metodikası kafedrası
2. Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası
3. Elektrotexnika və energetika kafedrası
4. Elektromexanika kafedrası
Bakalavr pilləsi üzrə ixtisaslar:
Fizika müəllimliyi
Fizika
Elektrik mühəndisliyi
Elektroenergetika mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi
Energetika mühəndisliyi
Magistratura pilləsindəki ixtisaslaşmalar:
Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı
Yüksək gərginliklər texnikası və fizikası
Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi
Elektrik təchizatı (sahələr üzrə)
Elektroenergetika
Elektrik şəbəkə və sistemləri
Sənaye istilik energetikası
Fizika fənninin tədrisi metodikası və metodologiyası
Yarimkeçiricilər fizikası
İstilik fizikasi və molekulyar fizika
Yarimkeçirici cihazlar və mikroelektronika
Atom və molekul fizikası
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri
Yarımkeçirici cihazlar və mikroelektronika -Nadir torpaq elementli mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların alınması, onların elektrik, istilik, elastiki, optik xassələrinin tədqiqi, bu materiallar əsasında funksional yarımkeçirici element və qurğuların işlənib-hazırlanması və tətbiq perspektivlərinin müəyyənləşdirilməsi.
Ərintidən dartma yolu ilə monokristalın yetişdirilməsi, laylı və zəncirvari quruluşlu Aııı Bıv tipli yarımkeçirici birləşmələrin fiziki xassələrinin yeni üçqat yarımkeçirici birləşmələrin alınması və onların fundamental fiziki xassələrinin tədqiqi.
Fasiləsiz təhsil sistemində fizikanın tədrisi metodikası və metodologiyası
Elektrik təchizatı sistemlərinin yük düyünlərinin rejimlərinin analizi, gərginliyin tənzimi üsul və vasitələrinin işlənməsi
Elektrik təchizatı sistemi avadanlıqlarının iş rejimlərinin tədqiqi və onlarda enerjinin tənzimi
Qidalandırıcı xəlitə tətbiq etməklə monokristal yetişdirilməsi 2-ci və 3-cü qrup elementlərinin halogenidli birləşmələrinin fiziki xassələrinin tədqiqi elmi istiqaməti üzrə elmi-tədqiqat işləri aparılır.
Neft, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma sahələrinin avtomatik idarəetmə sistemləri, robototexniki kompleksləri və çevik avtomatlaşdırılmış sistemləri üçün generator və parametrik ölçü və məsafə vericilərinin işlənməsi və tədqiqi.
Neft-kimya, metallurgiya, maşınqayırma, cihazqayırma sənaye sahələrinin idarəetmə sistemləri üçün vericilərin, çevricilərin və vibrotəsirləndirici qurğuların işlənməsi, tədqiqi və tətbiqi
Qeyri-ənənəvi və bərpa olunan energetika məsələləri
 

 

Fizika və Elektroenergetika fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az