Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Cemal Yanqın: “Sumqayıt Dövlət Universiteti iş dünyası ilə əlaqələrin inkişafında maraqlıdır”
Cemal Yanqın: “Sumqayıt Dövlət Universiteti iş dünyası ilə əlaqələrin inkişafında maraqlıdır”
Hər bir universitetin üstünlüklərindən biri onun iş dünyası ilə əhatə olunmasıdır. Bu baxımdan Sumqayıt Dövlət Universiteti şanslıdır”.
Bu fikirləri sumqayitxeber.com saytına açıqlamasında Azərbaycan‒Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yanqın bildirib.
Cemal Yanqın qeyd edib ki, Sumqayıt şəhəri Azərbaycanın ən iri sənaye mərkəzlərindən biridir: “Burada çoxlu zavodlar, müəssisələr mövcuddur.  Görünən odur ki, 60 illik bir keçmişə sahib olan Sumqayıt Dövlət Universiteti də iş dünyası ilə əlaqələrin inkişafında maraqlıdır. Bu istiqamətdə müəyyən layihələr həyata keçirir, müəssisələrlə qarşılıqlı əməkdaşlıq edir. Bu əlaqələr istər universitetin inkişafı, istər müəssisələrin kadr potensialının gücləndirilməsi, istərsə də burada təhsil alan tələbələrin gələcək karyera inkişafı üçün olduqca önəmlidir”.
Cemal Yanqın əlavə edib ki, Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə çox böyük investisiya yatırıb: “Düşünürəm ki, burada ən mühüm investisiya təhsildir. Sumqayıt Dövlət Universiteti Türkiyədə fəaliyyət göstərən universitetlərlə qarşılıqlı əməkdaşlıq edir.  Qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial və perespektivlər var. Hesab edirəm ki, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də bu cür əlaqələr iki qardaş ölkə arasındakı birliyin daha da möhkəmlənməsinə töhfə vermiş olar. Sumqayıt Dövlət Universitetinin rəhbərliyini, müəllim və tələbələrini universitetin 60 illik yubileyi münasibətilə Azərbaycan‒Türkiyə İş Adamları Birliyi adından təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!  İnanırıq ki, kollektivin birgə səyləri sayəsində universitet daha da inkişaf edəcək və bundan sonra da Sumqayıtın, eləcə də bütövlükdə Azərbaycanın inkişafına fayda verəcək”.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az