Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Heydər Əliyev şəxsiyyəti: Xarizmatik liderin Səciyyəvi cəhətləri
Heydər Əliyev şəxsiyyəti: Xarizmatik liderin Səciyyəvi cəhətləri
Tarixdə mühüm iz qoyan, siyasi transformasiya­ların səbəbkarı olan, proq­ressiv dəyişikliklər ya­radan şəxsiyyətlər həmişə böyük maraq­­ doğurub. Azərbaycanın dövlətçilik tarixində müstəsna rolu olan və bütün ictimai-siyasi fəaliyyətini, həyatını Azərbaycan dövlətinin və doğma xalqının yüksəlişinə və tərəqqisinə həsr edən ümum­mil­li lider Heydər Əliyevin uğur fenomeni dünyanın bir çox siyasi xadimləri və psixoloqları tərəfindən təqdir edilən, tədqiq olunan və uzun müddət öyrəniləcək bir hadisədir.Ulu öndər özü müsahibələrinin birində bu haqda belə fikir söyləmişdi: “Xalqa şəx­siy­yətlər mütləq lazımdır. Şəxsiyyətlərsiz olmaz”. Bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu isə elə onun öz həyatı sübut etdi.
Heydər Əliyev SSRİ kimi nəhəng diktaturanın idarə etdiyi Sovet Azər­baycanında və müstə­qilli­yini elan etmiş, lakin onu qura bilməmiş, siyasi-iqtisadi, hərbi xaos içəri­sində olan Azərbaycan Respub­likasında rəhbər kimi uğurlar qa­zan­mış­dı, bü­tün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və ümummilli liderə çevrilə bilmişdi.
1993-cü ilin iyununda Azərbaycan “ölüm-dirim” dilemması qarşısında qalanda situasiyanın mürəkkəbliyini nəzərə alsaq başqa liderlər təbii ki, situasiyaya nüfuz edə bilməzdi. Heydər Əliyev siyasəti, tarixin inkişaf məcrasını qabaqcadan duy­maq­ və görmək qabiliyyəti, çevik qərar qəbul etmək bacarığı, dahiliyi onun bu situasiyaya nüfuz etməsinə şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyev ha­ki­miy­yətə qayıdarkən xarici təcavüz və daxili separatizm cəhd­lə­ri nəticəsində parçalanmaq təhlükəsi ilə üzləşmiş, hüquqi və inzibati öz­ba­şı­na­lı­ğın bütün hədd-hüdudları vurub keçdiyi, bütün dövlət qurumlarında xaos və iflic və­­ziyyətinin hökm sürdüyü bir dövlətin sükanı arxasına keçmişdi. O elə bir şəx­siyyət idi ki, bütün si­yasi kolliziya və nüanslara, yaranmış vəziyyəti idarə etmək bacarığına hələ çoxdan yiyələnmişdi. Uzunmüddətli gərgin mübarizələrdə keçən həyatı boyunca o, vəziyyəti real qiymətləndirmək, kütlələri inandırmaq və ina­mın­dan da­şın­dır­maq, istədiyi qərarın, hətta bunun qatı əleyhdarları tərəfindən çı­xarılmasına  nail ol­maq kimi əsl siyasətçi keyfiyyətlərini özündə tərbiyə eləyə bilmişdi .
Situasiyanı düzgün qiymətləndirmək, həm özünün, həm də başçılıq etdiyi döv­lətin mövcud reallıqlar şəraitində imkanlarını ölçüb-biçmək və həmişə məhz real imkanlardan çıxış etmək qabiliyyəti Heydər Əliyevi sə­ciy­yə­lən­dirən əsas keyfiyyətlərdən biridir. O, özü bu barədə belə deyir: “Kim ki, öz bi­li­yindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur”. La­kin öz bi­li­yi­ni, bacarığını düzgün qiymətləndirə bilmək istedadı heç də ha­mıya ve­ril­mə­miş­dir. Müdrikliyin bir əlaməti də məhz bu məqamda tə­zahür edir. Napaleonun fikrinə görə “Dahilik çətin olanla qeyri-mümkün olanı fərq­­lən­­dirmək qabiliyyətidir”. Çətinlik dərəcəsindən asılı olmadan bütün səy­ləri məhz həlli mümkün olan problemlərə yönəltmək və mövqeyində is­rarlı olmaq, ira­­də nümayiş etdirmək Heydər Əliyevə məxsus spesifik cəhət idi. Heydər Əliyev çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasında salamat çıxardıb, həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Təbii ki, adi psixoloji, intellektual qabiliyyətlərə malik siyasi lider bunu edə bilməzdi. Bunları gerçəkləşdirmək üçün Heydər Əliyev kimi fenomenal qabiliyyətlərə malik olmaq lazım idi .
Heydər Əliyevin tarixin səhnəsində, hadisələrin gedişində verdiyi siyasi qərarlar nəinki respublikamız üçün, həm də regionun inkişafı üçün çox böyük işlərin həyata keçirilməsinə şərait yaratdı.
Müxtəlif meyarlardan çıxış edə­rək, liderlərin müxtəlif tiplərini ayırd etmək olar. Miqyasına görə siyasi liderləri, ümummilli lider­ləri, müəyyən sinfə, bu və ya digər sosial  təbəqəyə məxsus liderləri fərq­lən­di­rir­lər. Siyasi liderliyin öyrənilməsində onun mo­tiv­lə­rinin aşılanması, mənəvi və intel­lektual aspektlərinin, mənəvi dəyərlərinin və ən əsas stra­te­gi­­ya­sının öyrə­nil­­məsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan ümummilli lider Hey­dər Əliyevin stra­tegiyası və qoyulan məqsədlərə çatması yolu siyasi li­der­li­yin­ nadir nü­munəsidir. 
Hey­dər Əliye­­vin siyasi taleyinin tədqiqi göstərdi ki, müasir siyasi liderlik hər şeydən əvvəl, təşkilatçılıq qabiliyyəti ilə üzvi surətdə birləşən təbii intuisi­yanın qeyri-adiliyidir. Komandanı formalaşdırmaq, onu möhkəmlən­dir­mək, məqsədləri müəy­yən etmək, cəmiyyət qarşısında zəruri vəzifələr qoymaq, cəmiyyəti birləş­di­rən proqramı yaratmaq bacarığı – siyasətçi qarşısında qoyulan müasir tələblər bunlardır . 
Ulu öndər Heydər Əliyev xalqa mümkünsüz vədlər vermədən, real vəziyyəti və əldə edi­lə biləcək nəticələri açıqlayırdı. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ümummilli lider fikir­ləş­məyə və ləngiməyə vaxt ol­ma­dığı, va­hid düzgün qərar qəbulunun zəruri olduğu ölü­mə bərabər anlar­da­ mə­su­liyyəti öz üzərinə götürərək onu həyata tətbiq etməsi ilə fərqlənir. Bu mənada, ümummilli lider daim öz cəsarəti, çevik və rasional qə­rarları, ən çətin situasiyalarda optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir.Ümummilli li­­derin öz baxışı, cəmiyyətin son nəticədə necə olması haq­qın­da öz konsepsiyası var və o, öz konsep­si­yasına müvafiq olaraq ictimai inki­şafa tə­sir edir. Ümummilli lider öz dərin xarizmatikliyi ilə fərqlənir. Onunla xalq ara­sın­da olan qarşılıqlı münasibət emosional-mistik xarakter daşıyır. Belə lider hakimiyyətdə böyük çətinliklər hesabına dəyişikliklər edir. Böyük əksə­riy­yə­tin və ya hamının gerçək olduğunu zənn etdiyinin yanlış olduğunu qa­baq­cadan duymaq, onun qar­şı­sını alaraq cəmiyyəti ağır bəladan, faciədən qur­tar­maq, xalqı sə­fər­bər edib ar­dın­ca sona qədər aparmaq və onları öz ideya­la­rı­nın daşıyıcısına çevirmək ümum­mil­­li liderin tarixi missiyasıdır. Heç kimin görə bil­mədiyini görmək, aşkar etmək və buna uyğun qə­rarlar qəbul edib qətiyyətlə həyata keçirmək dahi tarixi şəx­siy­yə­tə xas bir keyfiyyətdir. 90-cı illərin acı təcrübəsi göstərdi ki, ümummili lider yalnız bizim qeyd etdiyimiz keyfiyyətlərlə məhdudlaşa bilməz. Burada dahilik fenomeni, yaradıcılıq, siyasi iradə, cəsarət, səmi­mi­lik, ədalətin təntənəsinin qeydinə qalmaq və s. kimi cəhətlər də əsas gö­tü­rül­məlidir. Məhz Heydər Əliyev şəxsiyyətində ümummilli liderə məxsus ye­ni keyfiyyətlərin olduğu aydınlaşdı. Hələ hakimiyyətin möhkəm­lən­mədiyi bu şəraitdə, ölkənin məcburi müharibəyə cəlb olunması, ölkədəki dövlət çevrilişlərinə cəhdlər və bunların qarşısının alınması təbii ki, olduqca çətin idi və ümummilli liderdən dahilik tələb edirdi. Bütün bunlarla yanaşı, respublikamıza edilən təzyiqlər, Amerika Konqresinin 907-ci əlavəsi, Rusiyanın Ermənistana havadarlıq etməsi, İranın ölkəmizin ərazi bütövlüyünü tez-tez pozması, beynəlxalq aləmdə ölkəmizə qarşı adekvat mü­na­sibətin olmaması və s. kimi hallar ümummilli liderdən öz məqsədinə nail olmağa can atmaqla bahəm, həm də mümkün təzyiqlərə dözə bilmək qabiliyyəti, stressə qarşı dözümlülük, emosional gərginliyə tab gətirmək kimi keyfiyyətlərin olmasını tələb edirdi. Heydər Əliyev ümummilli liderlərə məxsus keyfiyyətlərin demək olar ki, məcmusu idi. Hətta onun şəxsiy­yətində ümummilli liderlərə məxsus olan yeni keyfiyyətlər də özünü göstərirdi. O, nəinki respublikamızda, hətta ayrı-ayrı ölkələrdə də siyasi hadisələrin tənzimlənməsində mühüm rol oynamağa başlamışdı. Ulu öndər nəinki dövlətçiliyimizi hifz edib qorumuş, həm də dünya ic­timaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əmək­daş­lığın perspektivli ol­ma­sı­na inandıra bilmişdir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinə yenilik gətirməsi, onun ayrı-ayrı siyasi liderlərdən fərqli olaraq, həm də dövlət adamı, dahi şəxsiyyət olmasının bariz nümunəsidir. Məhz dahi lider tərəfindən səslənən bu sitat onun nə qədər geniş təfəkkür tərzinə malik olduğunu göstərir: “Hətta inqilabi dəyişikliklər belə köhnə sistemi dərhal yeni bir sistemlə dəyişdirmir. İnqilabi dəyişikliklər adətən köhnə sistemi vurub dağıdır, amma ondan çox fərqli olan bir sistem yaratmaq üçün buna vaxt lazımdır, illər lazımdır”. Deməli, ümummilli liderdə həm də tarixin  inkişaf məcrasını qа­баq­ca­dan görə bilmək, onu proqnozlaşdırmaq qabiliyyəti olmalıdır. Belə olan halda həm də şəxsiyyətin yaradıcılıq keyfiyyətləri də ön plana çıxır. Dövlətçilk haqqında informasiyaya malik olmaq və hətta öz şəxsi təcrübəsində bunu reallaşdırmaq da ümummilli liderin ümdə keyfiyyətlərindən biridir.
Heydər Əliyevin psi­xo­­loji portretinin təhlili böyük əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev öz psixoloji keyfiyyətləri və siyasi təfəkkürü ilə siyasi liderlər arasında müstəsna bir yer tutur.  İlk növbədə ona görə ki, onun psixoloji keyfiyyətlərini onun siyasi fəaliyyəti tamamlayır, fəaliyyətinin nəticələri ümumbəşəri əhəmiyyət kəsb edir.
Onun ünsiyyət qurmaq bacarığı, insanların fəaliyyətini stimullaşdırmaq qabiliyyəti, prinsipial mövqeyi, hadisələri proqnozlaşdırmaq, ona uyğun hərəkət etmək səriştəsi onun dahi psixoloqlardan üstün olduğunu göstərir. Bütünlüklə onun şəxsiyyəti sirayətedici gücə malik idi. Çətin situasiyalarda  və mürəkkəb tarixi mə­qam­­larda məqsədyönlü fəaliyyət, öz daxili imkan­larını səfərbər etmək, mü­naqişələrin həllində müdrik qərarların qəbulu, hadisələri düz­gün qiymət­lən­­dirmək və yönləndirmək bacarıqları, fenomenal yaddaş, dərin zəka, yüksək savad, böyük intellekt, təkrarolunmaz natiqlik qabiliyyəti  ümummilli lider Heydər Əliyevin psixoloji portretinin bənzərsiz ifadələridir.
Milli, mənəvi, əxlaqi, bəşəri ideyaları şüu­runda yaşadan Heydər Əliyev güclü dərketmə qabiliyyətinə, möhkəm yaddaş funksiyasına, əqidə bütövlüyünə, ağlın gücündən, qüdrətindən bacarıqla istifadə etmə düha­lı­ğı­na, dərin zəkalığına, əhatəli bilik dairəsinə görə əvəzolunmaz bir şəx­siy­yət­ idi.
Ümummilli lider Heydər Əliyevin ən görkəmli dünya liderlərindən birinə çevrilməsi yalnız onun xarakterinə xas olan şəxsi keyfiyyətləri, özünü dərketməsi, özünü adekvat qiymətləndirməsi, yüksək intellektual bacarığı, şəxsi fikirlərində çevikliyi, aldığı tərbiyə və təlimdən lazım gələndə istifadə etmək qabiliyyətini özündə əks etdirən bacarığı, məsuliyyətliliyi, insanları inandırmaq bacarığına malik olması ilə bağlı idi.
Ulu öndər nəinki natiq-diplomat, həm də tükü-tükdən seçən psixoloq-siyasətçi kimi tanınmışdır. Xalqın, ölkənin hər bir vətəndaşının eşitdiyi sözün məhz ona müraciətlə deyildiyi kimi başa düşməsi səviyyəsində danışmaq, xüsusi həssaslıqla yanaşaraq dərdlərini məhz onunla bölüşmək istəyini yaratmaq hər kəsin hünəri deyildi. Ulu öndərin möhkəmliyi, prinsipiallığı hər kəsdə ona qarşı simpatiya hissi yaradırdı. Onda hər kəsin ağrı-acısını seçmək qabiliyyəti olmaqla yanaşı, həm də şəxsiyyətin əh­va­lın­da ən kiçik dəyişmə hallarını, insanların daxili dünyasını duymaq və in­san­lar­la empatiya qurmaq bacarığı vardı. Bu ulu öndərin fenomenal şəxsiyyət olduğunun bariz göstəricilərindən biridir. Psixoloji faktlar göstərir ki, hər bir halda insanın xarakteri, onun keyfiyyətləri çətin situasiyalarda ortaya çıxır. Müxtəlif ekstremal şəraitlər ilə Heydər Əliyev də rastlaşsa da öz iti və  və çevik zəkası, dözümlülüyü ilə bu vəziyyətdən çıxmışdır. Onun məqsədyönlü fəaliyyəti, öz daxili imkan­larını səfərbər etməsi, stress situasiyasında tam ağılla hərəkət etmək, hadisələri idarə etmək, onları istiqamətləndirmək bacarığının olmasını göstərir. 1990-cı il 20 yanvar faciəsi zamanı xalqının ən ağır vəziyyətində Heydər Əliyevin özünü təhlükəyə atması, bütün təzyiqlərdən çəkinməyərək Moskvada Azərbaycan nümayəndiliyinə    get­məsi və etirazını bildirməsi onun tam müstəqil, psixoloji dayanıqlığı olan siyasətçi olduğunu bir daha sübut etdi.
Hadisələrin gedişi göstərdi ki, ulu öndərin şəxsiyyətində koqnitiv elementlər kreativ elementlərlə vəhdətdədir. Müxtəlif ölkələrin siyasi mə­nafeyini nəzərə almaması Azərbaycan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. Taleüyüklü məsələlərə kreativ yanaşma, neytrallaşdırılmış siyasət və onun müsbət nəticələri Heydər Əliyev şəxsiyyətinin digərləri ilə müqayisə edilə bilməyəcək səviyyədə fenomenal olduğunu göstərdi. Heydər Əliyevin qoyub getdiyi siyasi yaradıcılıq təc­rübəsi buna parlaq nümunədir. İradə, əzm gücü və siyasi müdriklik Heydər Əli­ye­vi həm siyasi lider, həm də lider-strateq kimi formalaşdırdı ki, burada Azər­bay­canın uzaq inkişaf perspektivlərinə yönəlmiş üç layihənin adını çəkmək ki­fa­yət­dir: “İpək yolu ”, “Əsrin müqaviləsi” və beynəlxalq Azərbaycan dias­po­ra­sı­nın­ yaradılması.  
Siyasi-psixoloji baxımdan dövlət başçısının həddən ziyadə yaradıcı keyfiyyətlərə malik olması, kreativ davranışı onun qərar qəbul etməsinə mənfi təsir göstərir. Ancaq tarixi faktlar və siyasi hadisələrin təhlili göstərdi ki, ulu öndərin yaradıcı davranışı heç bir halda onun düzgün qərar qəbuluna mane olmamışdır. Hətta bəzi məqamlarda ulu öndəri tənqid edən siyasi opponentlər sonda onun nə qədər düzgün və xalq üçün vacib olan qərarları qəbul etdiyini etiraf etməyə məcbur olmuşdular. Ayrı-ayrı görüşlərdə Heydər Əliyevin müxtəlif sahələr haqqında mütəxəssis kimi rəy verməsi, fikir söyləməsi onun fenomenal dünyagörüşə malik olduğunu sübut edir. Təbiətin ona bəxş etdiyi bir çox nadir fitri keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlidən müəyyən edə bilirdi. Milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərlik mövqeyini nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və intervyuləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin bariz ifadəsidir. Ulu öndər hələ Azər­baycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, heç bir riskdən çəkin­mə­yə­rək­ əzmkar fəa­liy­yəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürləri formalaşdıra bilmişdir. Hey­dər Əliyev feno­me­ni­nin­ Azərbaycana uzun müddətli rəhbərliyinin ən sanballı gös­tə­ri­ci­si də məhz Azərbaycançılıq məf­kurəsinin, milli ruhun hədsiz yüksəlməsi, mil­li özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özü­nə qayta­rıl­ma­sı­ kimi fun­damental prinsiplərdir.
Hər bir siyasi liderin fəaliyyətinin pozitivliyi onun nəticəsi ilə ölçülür. Psixoloji baxımdan fəaliy­yətinin effektivliyi onun məqsədindən, motiv­lərindən və şəxsiyyətin ona münasibətindən çox asılıdır. Bu baxımdan ulu öndər Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımdan Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Bununla yanaşı siyasi liderin psixoloji keyfiyyətləri yalnız onun davranış tərzində, siyasi iradəsində, mühakimə qabiliyyətində özünü göstərməyib, həm də dövlət quru­cu­lu­ğun­da, dövləti idarə mexanizmində, özünün taktika və strategiyasında da gös­tərir. Yəni Heydər Əliyevin psixoloji keyfiyyətləri, şəxsiyyət xüsusiyyətləri, idarəçilik qabiliyyəti ilə inteqrasiya edərək onu ulu öndərə çevirmişdir.  
Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.
O, siyasi lider xoşbəxtdir ki, onun davamçısı, ideyalarını daha irəli aparacaq varisi vardır. Ümummilli lider bu baxımdan - siyasi varislik prinsipi baxımından da mükəmməldir, əbədiyaşardır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyev isə qalib Azərbaycan dövlətinin banisidir. Prezident İlham Əliyev Heydər Əliyevin təkcə siyasi kursunun  deyil,  həm də genetik kodunun uğurlu davamçısıdır. Heydər Əliyevin bütün həyatı,  fəaliyyəti başdan-başa Azərbaycanın tarixi, tale­yi­dir­sə, Prezident  İlham Əliyev  də azad etdiyi və yenidən qurub yaratdığı  bütün Qarabağın tarixi və uğurlu taleyidir.
Bəli, məhz  İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində biz azərbaycanlılar zamanın mənfi təzahürləri ilə mübarizədən qalib çıxdıq.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun misilsiz şücaəti nəticəsində  qısa müddət ərzində işğal altında olan torpaqlarımız azad olunmuş və uğurlu lokal anti-terror əməliyyatı nəticəsində dövlət suverenliyimiz tam bərqərar olmuşdur. İlham Əliyev bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı dostları ilə yanaşı, ona pislik və xəyanət edən xainləri də heç vaxt unutmur. Göstərdi ki, xalqımız tarixi torpaqlarını geri qaytarmaqla yanaşı həqarət olunan hissiyatını,tapdanan ləyaqətini yenidən ucaldacaq qədər mənəvi gücə,yenilməz ruha malikdir. İlham Əliyev göstərdi ki, bu xalqın hörmət olunmalı mənəvi dəyərləri, həm də amansız  ədalət məhkəməsi var. Çünki, o, təkcə dünya miqyaslı rasional düşüncəyə malik soyuqqanlı siyasət adamı deyil, həm də xalqın milli-mə­nə­vi dəyərlərinə bağlı kövrək ruhlu, imanlı və isti qəlbli sadə azərbaycanlıdır. Bu gün fəxrlə deyə bilirik ki, Cənab prezident İlham Əli­ye­vin rəhbərliyi altında böyük quruculuq və abadlıq işləri həyata keçirilərək Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı qürurla dalğalanır.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az