Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin 70 illik yubiley mərasimində iştirak etdilər
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin 70 illik yubiley mərasimində iştirak etdilər
Noyabrın 30-da Ufa Dövlət Neft Texniki Universiteti 70 illik yubileyini qeyd etdi.
Paytaxtın qonaqları və sakinlər üçün yubiley ilə əlaqədar Dövlət Akademik Rus Dram Teatrı və M.Kərim adına Milli Gənclər Teatrının təşkilatçılığı ilə Ufa Dövlət Neft Texniki Universitetinin əməkdaşlarına “AZBUZAT” və “OSKAR” adlı tamaşaların nümayişi ilə korporativ axşamlar keçirildi.
Başqırdıstan Respublikasının başçısı vəzifəsini müvvəqqəti icra edən R.F.Xabirov qonaqları salamlayaraq onları təbrik etdi, və o Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Baxtizinə təbrik məktubunu təltif etdi. Sonra rektor Ramil Baxtizin Rusiya Federasiyasının prezidenti V.V.Putinə minnətdarlığını bildirərək universitetə, müəllimlərə, tələbələrə, doktorantlara, veteranlara və vicdanlı işlədiylərinə görə bütun gənclərə təşəkkür edərək tədbiri açıq elan etdi. Yubiley münasibəti ilə Ufa Dövlət Neft Texniki Universitetinin rektoru R.N.Baxtizini nazirlər, səfirliyin nümayəndələri, millət vəkilləri, müəssisə rəhbərləri, dövlət təşkilatları, elm xadimləri və bir çoxları səhnədən öz çıxışları ilə təbrik etdi. Xaricdən gələn qonaqlar arasında Azərbaycan, Tacikistan, Qazaxstan, Kuba, Anqola, Macarıstan, Vyetnam, Almaniya, Hindistan, Çin, Çexiya, İsveçrə yubileydə iştirak etdilər. Sumqayıt Dövlət Universitetini rektor, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yahyayeva təmsil etdilər.
SDU-nun rektoru professor Elxan Hüseynov Ufa Dövlət Neft Texniki Universitetinin 70 illik yubileyi münasibətilə Sumqayıt Dövlət Universitetinin kollektivi və şəxsən öz adından səmimi təbrikini çatdırdı, bildirdi ki, universitetiniz böyük formalaşma və inkişaf yolu keçmişdir. Bölgənin innovasiya inkişafı üçün keyfiyyətli təhsilə yönəldilən universitet Rusiyada tələb olunan rəqabətli mütəxəssisləri hazırlayır. Zəngin tarixi və qədim ənənələri olan Ufa Dövlət Neft Texniki universitetində müasir formalar və tədris metodları üçün daimi axtarış aparılaraq fəal şəkildə ən son təhsil texnologiyalar tətbiq olunur.
Sizin kollektivin hesabında bir çox zirvələr, parlaq qələbələr və mükafatlar var. Universitetinizin müəllim və işçilərinin yüksək intellektual potensialı da Rusiyanın ali təhsil məktəbinin elm və innovasiyanın inkişafında fəal iştirakına şərait yaradır.
Sizə və universitetinizə səmimi qəlbdən daim nüfuzlu və yüksək statusda qalmasını arzulayıram. Sizin kollektivin məqsədyönlü olması, böyük yaradıcılıq enerjisi, yüksək peşəkarlığı, qurulmuş ənənələri qoruma bacarığı sayəsində həmişə ən iddialı planları və ideyaları həyata keçirməkdə müvəffəq olur. Bu yubiley universitetin kollektivini birləşdirərək, illərlə qurduğu ənənələri davam etdirmək və yeni nailiyyətlər üçün bir başlanğıc olmasını arzulayıram! İki universitetin hərtərəfli inkişafı üçün aramızda yaranan sıx əməkdaşlığa görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Daha da dinamik inkişaf və mütərəqqi artımına ümid edirəm!Bu bayram günündə universitetin bütün kollektivinə can sağlığı, xoşbəxtlik, sevinc, xeyirxahlıq, tükənməz həvəs, ilham, rifah və firavanlıq diləyirəm!
Qeyd edək ki, Ufa Dövlət Neft Texniki Universiteti 4 oktyabr 1948-ci ildə yaranıb və 7 fakültəsi var. Xarici tələbələrin təhsilində Rusiya universitetləri arasında ilk 30-luğa daxildir.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az