Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi
SDU-da “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi
1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu məqsədlə də noyabrın 29-da Sumqayıt Dövlət Universitetində Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Şəhər bölməsi ilə birgə “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi.
Tədbirdə Respublika Qırmızı Aypara Cəmiyyətinin fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə, icraçı katibinin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru dosent Qafar Atayev açaraq QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdi, bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, universitetimizdə bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirdi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən və dövlətin dəstəyi ilə gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı ciddi işlər görüldüyündən bəhs etdi, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova, Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri İlhamə Quliyeva, Ceyhun Nəcəfov çıxış edərək gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.QİÇS xəstəliyi əsasən narkomaniya xəstəliyinə düçar olanlarda daha çox təsadüf edilir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir, insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, narkomaniya həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur.
Mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Sonra mərkəzin mütəxəssisləri tərəfindən könüllü olaraq tələbə və universitetin əməkdaşları İİV-ə test müayinəsindən keçdilər.


   

 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az