Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU nümayəndələri ADA universitetində təlimlərdə
SDU nümayəndələri ADA universitetində təlimlərdə
Noyabrın 19-dan 23-dək ADA Universitetinin Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzi ali təhsil nümayəndələri üçün “Təhsil sahəsində ERASMUS+ beynəlxalq layihəsinə müraciətlərin hazırlanması” mövzusunda təlim keçirdi. Təlimçilər Belarusiya Dövlət Universitetinin və İ.M.Qubkin adına Moskva Dövlət Universitetinin nümayəndələri tərəfindən aparıldı. Məqsəd layihələrin yazılması, problemlərin müəyyən edilməsi, təsviri, hədəf qruplarının təhlili, planlaşdırma və büdcə layihələri üçün İKT (informasiya-kommunikasiya texnologiyaları) bacarıqlarının tətbiqi, mətnlərin yazılması və qrant proqramlarının necə idarə olunması mövzusunda təlimlərin aparılmasıdır.
Qeyd olunan seminarda bir çox universitetlər ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin işçi və müəllim heyəti: Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Lalə Vəliyeva, Kimya və biologiya fakültəsinin müəllimi Aysel Ağayeva və Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Aliyə Xəlilbəyli təmsil etdilər.
İştrakçılar qruplara bölünərək bir layihə mövzusu üzərində çalışmağa başladı. Müəllim və işçi heyəti "Uğurlu layihə təklifini necə hazırlamaq olar" mövzusuna aid biliklərə yiyələndilər. Təlimin sonuncu günü hər qrup öz layihəsini təqdim etdi, təlimdə iştirak edənlərə şəhadətnamələr verildi.
 
Mətbuat xidməti
  
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az