Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində İlaxır çərşənbə qeyd olundu
Sumqayıt Dövlət Universitetində İlaxır çərşənbə qeyd olundu

Martın 17-də Sumqayıt Dövlət Universitetində Novruz bayramı keçirildi.     Əvvəlcə universitetin foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olundu. Tədbir universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Gənclik kafesində” davam etdirildi.
Tədbiri universitetin rektoru Elxan Hüseynov açdı və bayram münasibətilə iştirakçıları təbrik etdi.  Rektor qeyd etdi ki,  min illərlə tarixə malik olan Novruz təkcə təbiətin oyanışının, bəşəriyyətin yaranışının təcəssümü deyil, həm də insanların ümidlənməsinə, niyyətlənməsinə şərait yaradan bayramdır.
Novruz bayramının əsrlərdən bəri Azərbaycanda qeyd olunduğundan danışan rektor  onun xalqımızın ən əziz bayramlarından biri olduğunu vurğuladı və bu bayramın qeyd olunması tarixinin qədim zamanlara gedib çıxdığını söylədi. Novruz bayramı ilə bağlı olan adət-ənənələrin azərbaycanlılar üçün doğma olduğunu və dünyanın hansı guşəsində olmasından asılı olmayaraq hər bir azərbaycanlı tərəfindən Novruz bayramının qeyd olunmasının milli adət və ənənələrimizin qorunub saxlanılması baxımından vacib olduğunu qeyd etdi.
Vurğuladı ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu bayramı UNESCO-nun Qeyri- Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu ildən etibarən  isə BMT Baş Məclisi 21 Mart tarixini Beynəlxalq Novruz bayramı elan etmişdir.
Tədbirdə universitet tələbələrinin ifasında folklorumuzu, yaz fəslini və novruz bayramını özündə tərənnüm etdirən xalq mahnıları, bayatıları, rəqsləri və şeirləri tədbir iştirakçılarının zövqünü oxşadı. Milli üslubda bəzədilən səhnə, Novruz bayramı üçün xarakterik olan zəngin xonçalar, müxtəlif şirniyyatlar, novruz personajları olan Keçəl və Kosanın gəlişi hamıda xoş ovqat yaratdı və bayramın rəngarəngliyini daha da artırdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az