Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadçı alimimiz “Mövlanə mübadilə proqramı”nda müvəffəqiyyətlə iştirak etdi
İqtisadçı alimimiz “Mövlanə mübadilə proqramı”nda müvəffəqiyyətlə iştirak etdi
Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində regionun qabaqcıl təhsil ocaqlarından olan Sumqayıt Dövlət Universiteti bu gün müasir Avropanın elm və təhsil məkanına inteqrasiya etməklə müəllim və tələbə mübadiləsinə nail olmağı, elmin qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq etməyi, beynəlxalq layihə və proqramların iştirakçısı olmağı konkret vəzifə kimi öz qarşısına qoymuşdur. Bu istiqamətdə SDU beynəlxalq əlaqələrini gündən-günə genişləndirir. Türkiyənin daxili və xarici təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mevlana Değişim Programı” çərçivəsində alimlərimiz Türkiyənin Adıyaman, Çankırı Karatekin Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Necmettin Erbakan Universiteti, Sakarya Universiteti, Adnan Menderes Universitetində olur və mühazirə dərsləri aparırlar.Oktyabrın 14- dən 28-dək İqtisadiyyat və İdarəetmə fakültəsindən ilk dəfə olaraq İqtisadiyyat kafedrasının baş müəllimi iqtisad üzrə fəlsəfə doktoru Səadət Hümbətəliyeva proqramda iştirak etmişdir.
Proqram çərçivəsində alimimiz Sakarya Universitetində Siayasal bilgilər fakültəsində İktisad bölümündə lisans ( bakalavr) və yüksək lisans ( magistr) pillələrində Mikroekonomi, Makroekonomi, İqtisad bilimlərinə giriş və Ekonomi endüstrisi fənlərindən Tələb ve arz, Ürətici və tükətici dəngəsi, Farksızlık eyrileri ve büdce hattı və s. mövzuları olmaqla, ümumilikdə 8 kredit dərs aparmışdır. Bununla yanaşı Səadət müəllimə, İqtisadiyyat bölümünün professor – müəllim heyəti, doktorant və magistrlar qarşısında “Azerbaycan Cumhuriyyətində petrol endüstrisi və onun gelişimi”, “Azerbaycanın kimya endüstrisi”, “Azerbaycanın yakıt endüstrisi” və Türkiyə-Azerbaycan ekonomik ilişkilərində bu endüstrilərin rölleri mövzusunda geniş şəkildə çıxış etmişdir.
Məlumat üçün bildirək ki, Sakarya Universiteti Avropanın ən möhtəşəm universiteti olmaqla yanaşı, burada dunya şöhrətli alimlər çalışır. Proqram çərçivəsində Səadət müəllimə Professor Dr. Mustafa Akal, Professor Dr. Şahin Şimşək, Professor Dr. Aziz Kutlarla Türkiye ve Azərbaycanın birge neft və qaz layihələrini müzakirə etmişdilər.
Sakarya Universitetinin Beynəlxalq Şöbəsinin müdiri Nəriman Kanbur universitetlərimiz arasındakı yüksək əməkdaşlıqdan söhbət açdı, həyata keçirilən iş birliyinin daha da genişlənməsi və dərinləşməsinə ciddi töhfələr verəcəyini qeyd etdi, fəal iştiraka görə Səadət Hümbətəliyeva ya sertifikat təqdim etdi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az