Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU –nun “Subaylar” komandası ŞHK-nın TV Liqasında diploma layiq görüldü
SDU –nun “Subaylar” komandası ŞHK-nın TV Liqasında diploma layiq görüldü

Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasəti mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırır. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda, idman yarışlarında ölkəmizin şərəfini ucaldır. Təhsil Nazirliyinin təşkilatilatçılığı ilə keçirilən müxtəlif müsabiqə, olimpiada və yarışlarda Sumqayıt Dövlət Universiteti uğurla təmsil olunur. Gənclərin asudə vaxtını səmərəli təşkil etmək, komanda şəklində çıxış etməyi, səhnə mədəniyyətini, aktyorluğu öyrətmək, həmçinin ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin müvafiq istiqamətdə yaradıcı potensialını aşkara çıxarmaq məqsədi ilə oktyabrın 20-də Azərbaycan Milli Konservatoriyasının Opera zalında Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə 2018/2019-cu tədris ilində ali təhsil müəsissələri arasında keçirilən Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun TV Liqasının 1/8 mərhələsinin II oyunu keçirildi.Liqada müxtəlif universitetlərdən olan 8 komanda iştirak etdi. Qeyd edək ki, yarışda Sumqayıt Dövlət Universitetini “Subaylar” komandası təmsil etdi. Onların yaratdığı səhnəciklər iştirakçılara bol yumor və gözəl ovqat bəxş etdi. Komandamız müvəffəqiyyətli çıxışına görə diplomla təltif olundu və növbəti mərhələyə vəsiqə qazandı.

 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az