Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Maliyyə və mühasibat uçotu kafedrasının əməkdaşları konfransda iştirak etdilər
Maliyyə və mühasibat uçotu kafedrasının əməkdaşları konfransda iştirak etdilər
Oktyabrın 2-də Bakıda Dünya Bankı, eləcə də Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının  təşkilatçılığı ilə "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirildi.
Konfransda Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri Navid Həsən Naqvi mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinin əhəmiyyətindən danışdı.
Maliyyə Nazirliyinin şöbə müdiri Firuzə Abdullayeva isə bildirdi ki, son illər mühasibat uçotu üzrə yeni standartların tətbiqi üçün bir sıra qanunlara dəyişiklik edilib: "Düşünürəm ki, bu dəyişikliklər xarici investisiyalara tələbatın olduğu dövrdə ölkəyə sərmayə cəlb edilməsinə şərait yaradacaq".
Sonra konfrans bölmələr üzrə işini davam etdirdi.
Konfransda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dəyişikliklər və bu dəyişikliklərə rahat keçidin təmin olunması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi, problemlərin aradan qaldırılması və mühasib peşəsinin gələcək perspektivləri müzakirə olundu.
Qeyd edək ki, universitetimizi İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Mehman Əhmədzadə və assistent Şəlalə Məmmədova təmsil etdilər.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az