Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Sahibkarlıq” modulunun təqdimatı keçirildi
“Sahibkarlıq” modulunun təqdimatı keçirildi
Sentyabrın 25-də “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində peşə təhsili müəssisələri üçün hazırlanmış “Sahibkarlıq” modulunun təqdimatı keçirildi.
Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, layihənin ekspert və nümayəndələri, peşə təhsili müəssisələrinin müəllimləri iştirak etdilər. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetini Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev təmsil etdi.
Çıxış edənlər son illər peşə təhsilinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini, peşə təhsili və təliminə dair Strateji Yol Xəritəsində peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırlmasının əsas prioritelərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırdılar. Bildirildi ki, “Sahibkarlıq” modulu tələbələrə sahibkarlıq bacarıqlarının aşılanması, onlarda sahibkar düşüncə tərzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyacaq.
Tədbir peşə təhsili müəssisələrində “Sahibkarlıq” modulunun tətbiqinə dair təlimlərlə davam etdirildi. Təlimçilər modulun strukturu, illik və gündəlik dərs planının hazırlanmasına dair təqdimatla çıxış edib müəllimləri maraqlandıran sualları cavablandırdılar.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az